OBA marketlər şəbəkəsi
Anbar idarəetmə sistemləri üzrə kiçik mütəxəssis
Son tarix 04 mar 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: Bakı şəhəri,Abşeron ray,Məhəmmədi qəs
- İş saatı: (3 növbəli / 08:00-17:00,17:00-22:00,22:00-08:00)
- Əmək haqqı: 500 AZN
Vəzifə öhdəlikləri:
- Yoxlanma zamanı sənədlərdə yaranmış problemlərin həll edilməsini təmin etmək;
- Gündəlik sürücü anbarlarının tiger stokunun çəkilməsini icra etmək;
- Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
- Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
- Mağazalar tərəfindən işlənilən yanlış əməliyyatların mağazalara bildirilərək aradan qaldırılmasını təmin etmək;
- İnventarizasiya şöbəsinin müştərək şirkətlərin mağazalarında keçirdiyi sayım zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
- Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək.
Tələblər:
- Komandada işləmək bacarığı;
- Təhsil: Ali təhsil
- Diqqətli və ünsiyətcil olmaq;
- MS Office proqramları biliyi.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
Müraciət qaydaları: CV-nizi elektron poçt ünvanına mövzu hissədə “AİS üzrə kiçik mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz