OBA marketlər şəbəkəsi
Maddi Vəsaitlər üzrə Mühasib
Son tarix 03 iyl 2025 - - [email protected]
Təsvir
- Maddi və əsas vəsaitlərin uçotunu aparmaq və sistemə düzgün daxil etmək
- Yeni alınmış vəsaitlərin amortizasiya və istismar müddətlərini müəyyənləşdirmək
- Alış sənədlərini müqavilə və sifariş blanklarına uyğun olaraq yoxlamaq və təsdiqləmək
- Həftəlik ödəniş planlarını hazırlamaq, tədarükçü və podratçılar üzrə ödəniş prosesini izləmək
- Təhtəl şəxslərə vəsait ayırmaq, təhtəl kassalara nəzarət etmək və üzləşmələri aparmaq
- Tikinti və təmir layihələri üzrə smeta sənədlərini və forma 2-ləri yoxlamaq
- Filial sayımı sonrası artıq və əskik gəlmələri sistemə işləmək və təhlil etmək
- Aylıq silinmələri, qalıq dəyərləri və faktiki alışları təhlil edərək hesabatlar hazırlamaq
- İş fəaliyyəti ilə bağlı hesabatların vaxtında hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə)
- Mütləq müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı
- MS Excel və Tiger ERP proqramında sərbəst işləmək bacarığı
- Logo Tiger ERP proqramı üzrə biliklər (üstünlükdür)
- Analitik düşüncə və detallara diqqət
- Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət Et dyüməsində qeyd olunan link-ə daxil ola bilərlər.
Dispetçer
Son tarix 03 iyl 2025 - [email protected]
İş yeri: Bakı şəh.,Məhəmmədi qəsəbəsi
Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında şöbə rəisinə məlumat vermək;
- Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;
- Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
- Alınan ehtiyat hissələrinin siyahısını aparmaq;
- Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək;
- Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
- Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət;
- Optimal marşrut xətlərinin hazırlanması.
Tələblər:
- Microsoft Office proqramlarını (xüsusilə Microsoft Excel) bilməli;
- Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli.
- Avtomaşınların texniki xarakteristikasını bilməli;
- Texnikanın istismarı normativini bilməli.
İş şəraiti:
- Əmək haqqı: 1000 AZN
- İş qrafiki: 3növbəli;6 günlük (şənbə günü qısadılmış iş rejimi)
Təminatlar:
- Servis xidməti
- Nahar
- Korporativ nömrə.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Dispetçer” yazıb CV göndərməklə müraciət edə bilər.