Nurgun Holding
Anbardar köməkçisi (ehtiyat hissələri üzrə)
Son tarix 25 avq 2025 - [email protected]
İş barədə:
- anbara daxil olan malların qəbulu, qeydiyyatı və yerbəyer edilməsi,
- anbardarın verdiyi tapşırıqları yerinə yetirmək,
- malların düzgün və tam şəkildə olmasını yoxlamaq və yerləşdirmək.
Tələblər:
- Ali təhsil;
- Kompüter bilikləri;
- İş təcrübəsi – 1 ilə yaxin;
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
- İnkişafa meyilli;
- Öz üzərində işləyən;
- Yaş həddi – 25 və yuxarı.
Digər məlumatlar:
- iş saatları: 09:00-dan 18:00-dək;
- 6 günlük iş qrafiki;
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Anbardar köməkçisi" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
SMM üzrə mütəxəssis (avtomobil sahəsi üzrə)
Son tarix 25 avq 2025 - [email protected]
Tələblər:
- Ali təhsil (Marketinq sahəsində ali təhsil arzuolunandır);
- Azərbaycan dilini səlist bilməli, İngilis və Rus dilini yaxşı bilməli;
- Adobe Illustrator, Adobe Premiere, Adobe Photoshop üzrə biliklər arzuolunandır;
- Facebook və İnstagram ADS bilməli;
- Google Analytics və Google ADS bilməli;
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və satış bacarığı olmalı;
- Kreativ yanaşmaya sahib və yeniliklərə açıq olmalı;
- Komandada işləmək qabiliyyəti;
- Yaş həddi: 23-35
Vəzifələr:
- Şirkətin sosial şəbəkə platformalarında olan səhifələrini peşəkar idarə etmək və maksimum tanıtmaq;
- Aylıq SMM planları müvafiq şöbələrlə müzakirə edib qurmaq və həyata keçirmək;
- Plan üzrə vizualların hazırlanmasına nəzarət etmək;
- Plan üzrə mövzu mətnini (kontenti) hazırlamaq və video çəkilişlər etmək;
- Şirkətin fəaliyyət təyinatı üzrə SMM hədəflərin təyin etmək;
- Axtarış platformalarında optimizasiyanı təşkil etmək;
- Hər marka üzrə region rəhbəri ilə SMM startegiyasını təhlil və tətbiq etmək;
- Müqayisəli şəkildə aylıq nəticələrin hesabatlarının hazırlanması;
- Üst rəhbərinə görülən işlər barədə hesabat verməli;
- Daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etməli;
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 5 günlük və müvafiq iş saatı həcmi;;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Avtomobil üzrə Satış məsləhətçisi
Son tarix 25 avq 2025 - [email protected]
İş barəsində:
- Satışı ilə məşğul olduğu brend haqqında müştərilərə ətraflı məlumat vermək;
- Müştəri maraqlarını öyrənmək və ona ehtiyacına uyğun təkliflər etmək;
- Müştəri üçün test-drayv təşkil etmək;
- Kampaniyalar barəsində müştərini məlumatlandırmaq;
- Müştəriləri maraqlandıran sualları cavablandırmaq;
- Satılan avtomobili müştəriyə təhvil vermək;
- Avtomobil bazarının analizi və xüsusiyyətlərini tədqiq etmək, rəqibləri izləmək;
- Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri (Rus və ingilis dili üstünlükdür);
- Sürücülük vəsiqəsi;
- Avtomobil satışı sahəsində iş təcrübəsi;
- Müştəri ilə işləmək bacarığı;
- Ünsiyyətcil;
- Kompüterdə sərbəst işləmək bacarığı;
- İnkişafa meyilli;
- Öz üzərində işləyən;
- Normal xarici görünüş;
- Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
- Yaş həddi 25-35 arası.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Avtomobil üzrə satış məsləhətçisi" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.