Nurgun Holding
Bölgə müdiri
Son tarix 02 dek 2022 [email protected]
İş barəsində:
- Satış təmsilçilərinin əmək fəaliyyətinə nəzarət etmək, istiqamətləndirmək və iş bölgülərini həyata keçirmək;
 - Rutları sistemləşdirmək və hər bir satış nöqtəsinə effektiv olaraq müntəzəm ziyarətlərin həyata keçirilməsini təmin etmək;
 - Satış nöqtələrində çeşidlərin yerləşdirilməsinə nəzarət etmək, yeni kampaniya və aksiyalar barədə məlumatlandırıldıqlarını yoxlamaq;
 - Mövcud bazarın vəziyyətinin təhlil etmək;
 - Rəqib şirkətlər haqqında zamanında və dolğun məlumat toplamaq;
 - Planların yerinə yetirilməsinə nəzarət etmək;
 - Satış təmsilçilərinin müştərilərdəki borclarının vaxtında alıb müştəri hesabından silinməsini həyata keçirmələrinə nəzarət etmək, lazımi xəbərdarlıqları etmək, bu borcların məsuliyyətini daşımaq və rəhbərliyi bu barədə mütəmadi olaraq məlumatlandırmaq.
 
Tələblər:
- Ali təhsil;
 - Sürücülük vəsiqəsi;
 - Kompüter bilikləri;
 - Satış sahəsində iş təcrübəsi;
 - Analitik təhlil aparmaq bacarığı;
 - Mövcud bazardakı vəziyyəti qiymətləndirməyi bacarmalı;
 - Yenilikçi, təşəbbüskar, inkişafa meyilli olmalı;
 - Ciddi, məsuliyyətli, prespektivli olmalı;
 - Yaş həddi 30-40 arası.
 
CV göndərərkən mövzu qismində " Bölgə müdiri" sözünün yazılması mütləqdir!
Satış nümayəndəsi
Son tarix 02 dek 2022 [email protected]
İş haqqında məlumat:
- Şirkətin idxal etdiyi və yerli istehsalı olan ərzaq və qeyri-ərzaq mallarının satışını təşkil etmək;
 - Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
 - Təyin olunmuş satış planlarının icrası;
 - Müştərilərdən ödənişlərin toplanması;
 - Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
 - Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
 - Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
 - Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.
 
Tələblər:
- Ali təhsil;
 - Sürücülük vəsiqəsi və şəxsi avtomobil;
 - Satış sahəsində ən azı 1-3 il iş təcrübəsi;
 - Satışları təhlil etmək bacarığı;
 - Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;
 - Bakı şəhərində qeydiyyatda olmalı;
 - Kompüterdə sərbəst işləmək bacarığı;
 - Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
 - İnkişafa meyilli;
 - Öz üzərində işləyən;
 - Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı
 - Yaş həddi 25-35 arası
 
Digər məlumatlar:
- yüksək karyera imkanları;
 - iş saatları: 09:00-dan 18:00-dək;
 - 5 günlük iş qrafiki;
 
CV göndərərkən mövzu qismində " Satış nümayəndəsi" sözünün yazılması mütləqdir!
Qeyd: Şəxsi avtomobilin olması mütləqdir.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







