Nurgun Holding
Kassir
Son tarix 03 iyn 2022 - [email protected]
Tələblər:
- Ali təhsil;
- Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
- Microsoft Office programları üzrə biliklərə malik olmalı;
- İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
İş barədə:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin qəbul edilməsi;
- Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin nəzarətdə saxlanılması və hesabatının aparılması;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
- Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi.
CV göndərərkən mövzu qismində "Kassir" sözünün yazılması mütləqdir!
Auditor-Təftiş
Son tarix 03 iyn 2022 - [email protected]
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- Sahə üzrə min. 2 il iş təcrübəsi;
- Sürücülük vəsiqəsi;
- MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı)
- Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
- Maliyyə bilikləri;
- Yazılı hesabat tərtib etmək təcrübəsi;
- Təhlil və analiz etmə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Servis üzrə maliyyə sahəsində çalışmış şəxslərə üstünlük veriləcək;
- İşlə bağlı ölkə daxilində ezamiyyətə getməyə hazır olmaq;
- Yaş həddi: 28-35;
İş barədə:
- Gündəlik cari nəzarəti həyata keçirmək;
- Maliyyə və mühasibatlıq sahəsində nəzarətin həyata keçirilməsi;
- Anbarlarda yoxlamaların, mal (ehtiyat hissələrin) qalıqlarının və avadanlıqların inventarlaşmasının aparılmasını təmin etmək;
- Xəzinə qalıqlarının və sənədlərinin yoxlanışlarını həyata keçirmək;
- Debitor və kreditor borc qalıqlarının təhlilinin aparılması;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
- Yoxlanışlar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
- Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi;
CV göndərərkən mövzu qismində " Auditor " sözünün yazılması mütləqdir!
Anbardar
Son tarix 03 iyn 2022 - [email protected]
İş barəsində:
- Müvafiq sənədlər üzrə malların qəbulu və göndərilməsini təmin etmək;
- Daxil olmuş malları yerləşdirmək və çeşidlərə ayırmaq;
- Malların hərəkətinin operativ uçotunu aparmaq;
- Lazımi malların daima stokda olmasına nəzarət etmək;
- Stokda olmayan malların vaxtında sifarişini və təminatını həyata keçirmək;
- Anbar sayımını həyata keçirmək;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında ,dəqiq və məsuliyyətlə icra etmək;
Tələblər:
- Ali təhsil;
- Sürücülük vəsiqəsi;
- Ünsiyyət qurmaq bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Operativ və dəqiq işləmək bacarığı;
- Kompüterdə sərbəst işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
- Avtomobil ehtiyyat hissələrində çalışanlara üstünlük veriləcək;
- Dil biliyinin olması əlavə üstünlükdür;
- Yaş həddi 25-35 arası.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "anbardar" yazmaqla göndərə bilərlər.