Brend menecer
İş barəsində:
- Satışın təhlilini həyata keçirir, məhsulların hədəf seqmentlərini müəyyən edir;
- Effektiv srateji marketinq və brendinq planları hazırlayıb həyata keçirmək yolu ilə brendin satışına təsir etmək;
- Potensial müştərilər üçün məhsulların təqdim olunmasını, tematik seminarların keçirilməsini təşkil edir;
- Məhsulların qiymət siyasətini hazırlayır, satış şərtlərini müəyyən edir;
- Satışın həcmini proqnozlaşdırır və proqnozlara uyğun məhsul sifariş edir;
- Biznes tərəfdaşlarla danışıqların və yazışmaların aparılmasını həyata keçirir;
- Rəqiblərin qiymət siyasətini, bazar payını, satış aktivliyini araşdırır və görülən işlər barədə rəhbərliyə hesabat hazırlayır;
- Brendlərin inkişafı üzrə yeni təkliflər irəli sürmək
Tələblər:
- Ali iqtisadi təhsil (marketinq, brend menecment üzrə təhsil alan, təlim və kurslardan sertifikat qazananlara üstünlük veriləcək);
- Sürücülük vəsiqəsi;
- Dil bilikləri (rus və ingilis);
- FMCG sektorunda iş təcrübəsi olmalı;
- Analiz bacarığı;
- Üstün kompüter bilgiləri (MS Office) olmalı;
- Yüksək ünsiyyət bacarıqları;
- İnkişafa meylli, məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
- Yaş həddi 25-35 arası.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Brend menecer" yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
Dizayner
İş barəsində:
• Struktur rəhbərinin tapşırığı və verilmiş təlimatlar / informasiya əsasında dizayn işlərinin (banner, vinil, vizitka, buklet, flayer, kataloq, logolar, etiket yazıları və s.) vaxtında və keyfiyyətlə yerinə yetirmək;
• Ümumi reklam materiallarının hazırlanması və təhvil verilməsinə görə cavabdehlik daşımaq;
• Yeni layihələrinin tərtibində bilavasitə iştirak etmək və bu layihələrdə rəhbərliyin təkliflərini nəzərə almaq;
• Eskizləri tərtib etmək və onları təstiq etmək üçün rəhbərliyə təqdim etmək,
• Bölmə rəhbərinə dizayn sahəsi üzrə müvafiq məsləhətlər vermək və işin daha səmərəli yerinə yetirilməsi üçün təkliflər vermək;
• Dizayn sahəsi üzrə qabaqcıl təcrübəsinin öyrənilməsi və bu barədə rəhbərliyin məlumatlandırılmasını həyata keçirmək.
Tələblər:
• Ali təhsil;
• Dizayn proqramlarında - Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Corel Draw sərbəst işləmə bacarığı (After Effects və Premiere biliyi arzuolunandır)
• Azərbaycan və rus dillərini mükəmməl bilməsi (ingilis dili üstünlükdür);
• Yaradıcı (kreativ) olmalı;
• Ciddi, məsuliyyətli, dəqiq, daim üzərində işləməli;
• Yaş həddi – 25-35 arası.
Uyğun namizədlər işə qəbul üçün şəkilli CV-ni və portfolionu [email protected] elektron poçt ünvanına mövzü yerinə “Dizayner” yazıb göndərə bilərlər.