Satış nümayəndəsi (Soyuq satış)
ƏMƏK HAQQI: 700-1000 AZN
İş haqqında məlumat
• Şirkətin idxal etdiyi və yerli istehsalı olan ərzaq və qeyri-ərzaq mallarının satışını təşkil etmək;
• Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
• Təyin olunmuş satış planlarının icrası;
• Müştərilərdən ödənişlərin toplanması;
• Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
• Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
• Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
• Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.
Tələblər:
• Ali təhsil;
• Sürücülük vəsiqəsi və şəxsi avtomobil;
• Satış sahəsində ən azı 1-3 il iş təcrübəsi;
• Satışları təhlil etmək bacarığı;
• Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;
• Bakı şəhərində qeydiyyatda olmalı;
• Kompüterdə sərbəst işləmək bacarığı;
• Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
• İnkişafa meyilli;
• Öz üzərində işləyən;
• Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı
• Yaş həddi 25-35 arası
Digər məlumatlar:
• yüksək karyera imkanları;
• iş saatları: 09:00-dan 18:00-dək;
• 5 günlük iş qrafiki;
CV göndərərkən mövzu qismində " Satış nümayəndəsi" sözünün yazılması mütləqdir!
Qeyd: Şəxsi avtomobilin olması mütləqdir.
E-mail: [email protected]
Avtomobil üzrə Servis məsləhətçisi
Əmək Haqqı: 800-1200 AZN
İş barəsində:
• Müştəri istəkləri əsasında servisin mənfəətinin artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirmək
• Appointmentə nəzarət etmək
• Müştəriyə zəruri hallarda texniki xidmət barədə məlumat vermək
• Müştəri şikayətlərini qəbul və tətqiq etmək
• Təmir prosesini izah etmək
• Servisin iş keyfiyyətinə nəzarət etmək
• Servis əməliyyatlarında müştəri məmnuniyyəti baxımından iştirak etmək
• Müştəri məmnuniyyəti üçün qoyulan hədəflərin həyata keçirilməsinə cavabdehlik daşımaq
Tələblər:
• Ali təhsil;
• Dil bilikləri (Rus və ingilis dili);
• Sürücülük vəsiqəsi;
• Müştəri ilə işləmək bacarığı;
• Ünsiyyətcil;
• Kompüterdə sərbəst işləmək bacarığı;
• İnkişafa meyilli;
• Öz üzərində işləyən;
• Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
• Yaş həddi 25-35 arası.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Avtomobil üzrə servis məsləhətçisi " yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
Marketing meneceri
• Marketinq strategiyasının tədbiqi planının hazırlanması və rəhbərə təqdim edilməsi
• Şirkətin marketinq məlumat baza sisteminin qurulması
• Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi
• Şirkətin ətraf mühitinin və daxili imkanlarının analiz edilməsi və yeni rəqabət üstünlüklərinin hazırlanması
• Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərə təqdim edilməsi
• Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar,reklam,PR etmək bacarığı)
• Şirkət üzrə brend istifadəsinə nəzarət
• Şirkətin PR və Reklam siyasətinin hazırlanması
• Reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarının hazırlanması
• PR və Reklam işlərinin aparılması
• Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi
Tələblər:
• Ali təhsil;
• Yüksək səviyyədə komputer bilgiləri;
• Rus və ingilis dillərini sərbəst bilməli;
• Yaş həddi 27-35 arası;
• Ən azı 2 il iş təcrübəsi olmalı;
Şəxsi keyfiyyətlər:
• Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
• Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
• Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;
Digər məlumatlar:
• yüksək karyera imkanları;
• iş saatları: 09:00-dan 18:00-dək;
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Marketinq meneceri" yazmaqla [email protected] ünvanına göndərə bilərlər.