Avtomobil üzrə Satış məsləhətçisi
Əmək haqqı: 1000-1200 AZN
İş barəsində:
• Satışı ilə məşğul olduğu brend haqqında müştərilərə ətraflı məlumat vermək;
• Müştəri maraqlarını öyrənmək və ona ehtiyacına uyğun təkliflər etmək;
• Müştəri üçün test-drayv təşkil etmək;
• Kampaniyalar barəsində müştərini məlumatlandırmaq;
• Müştəriləri maraqlandıran sualları cavablandırmaq;
• Satılan avtomobili müştəriyə təhvil vermək;
• Avtomobil bazarının analizi və xüsusiyyətlərini tədqiq etmək, rəqibləri izləmək;
• Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
Tələblər:
• Ali təhsil;
• Dil bilikləri (Rus və ingilis dili);
• Sürücülük vəsiqəsi;
• Avtomobil satışı sahəsində iş təcrübəsi;
• Müştəri ilə işləmək bacarığı;
• Ünsiyyətcil;
• Kompüterdə sərbəst işləmək bacarığı;
• İnkişafa meyilli;
• Öz üzərində işləyən;
• Normal xarici görünüş;
• Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
• Yaş həddi 25-35 arası.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "avtomobil üzrə satış məsləhətçisi" yazmaqla [email protected] ünvanına göndərə bilərlər.