Nur Collection
Mağazalar Şəbəkəsi Rəhbəri (Regional satış müdiri)
Son tarix 15 okt 2025 - [email protected]
“Nur Collection” MMC -“BREND HOUSE” mağazalar şəbəkəsi
“Mağazalar Şəbəkəsi Rəhbəri” (Regional satış müdiri) vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Müsahibə zamanı müəyyənləşəcəkdir. (Rəqabətədavamlı əmək haqqı)
İş şəraiti
- 6 günlük iş həftəsi
- Nahar fasiləsi: 13:00-14:00
- Avtomobil üçün yanacaq kartı şirkət tərəfindən təmin edilir. Şirkət üçün işçi tərəfindən çəkilən xərclər ödənilir.
Əsas Vəzifələr:
- Şirkətin ümumi satış strategiyasına uyğun olaraq regionlar üzrə satış planlarını hazırlamaq.
- Məhsul satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün tədbirlər görmək.
- Region üzrə məhsul tədarükü və logistikanın düzgün idarə olunmasına nəzarət etmək.
- Rəqiblərin fəaliyyətini izləmək, bazar təhlili aparmaq və rəhbərliyə təkliflər vermək.
- Satış göstəricilərini izləmək və nəticələrə uyğun strategiyaları yeniləmək.
- Regional ərazidə fəaliyyət göstərən mağazaların işinə rəhbərlik etmək və ümumi idarəetməni təmin etmək.
- Satış komandalarının peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramları təşkil etmək. Mağaza menecerlərinin və personalın işini koordinasiya etmək, motivasiya etmək və inkişafına dəstək vermək.
- İş bölgüsü aparmaq və komandaların iş proseslərinin effektivliyini təmin etmək.
- Müştəri ehtiyaclarını təhlil etmək və uyğun həll yolları təklif etmək.
- Yeni potensial müştəriləri müəyyənləşdirmək, müştəri bazasını genişləndirmək və müştəri məmnuniyyətinin yüksək səviyyədə olmasını təmin etmək.
- Rəqib məhsullar və bazar tendensiyaları haqqında məlumat toplamaq və təhlil etmək.
- Məhsulun satış həcmini artırmaq üçün müxtəlif təşəbbüslər həyata keçirmək.
- Satış fəaliyyəti ilə bağlı aylıq və rüblük hesabatlar hazırlamaq və satış göstəricilərini təhlil edərək rəhbərliyə məlumat vermək. Satış, xərclər, ehtiyatlar və digər göstəricilər üzrə mütəmadi hesabatların hazırlanmasını təmin etmək.
- Bazar və satış dinamikasını izləyərək nəticələrə əsasən təkliflər vermək.
- Regionlara mütəmadi ezamiyyətlər edərək satış proseslərinə nəzarət etmək.
- Müştərilər və satış komandaları ilə üzbəüz görüşlər keçirmək.
- Daxili qaydalara əməl olunmasını və iş intizamını təmin etmək.
- Şirkət rəhbərliyinin tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək
Namizədə tələblər:
- Ali təhsil (biznes, idarəetmə və ya əlaqəli sahələr üstünlükdür)
- Satış və ya idarəetmə sahəsində minimum 3 il təcrübə
- Liderlik və komanda idarəetmə bacarığı
- Analitik düşüncə və hesabat hazırlama bacarığı
- Güclü ünsiyyət və problem həll etmə qabiliyyəti
- Ezamiyyətlərə hazır olmaq
- Şəxsi avtomobilin olması.
Şəxsi Keyfiyyətlər:
- Güclü liderlik və komanda idarəetmə bacarığı
- Yüksək məsuliyyətlilik və nəticəyönümlülük
- Effektiv ünsiyyət və danışıqlar aparmaq qabiliyyəti
- Problem həll etmə və analitik düşüncə bacarığı
- Stressə davamlılıq və dəyişən şəraitə tez adaptasiya
- Motivasiyaedici yanaşma və komanda ruhunun qorunması
- Peşəkar etika və etibarlılıq
- Təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Mağazalar Şəbəkəsi Rəhbəri” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.