Nur Collection
Baş mühasib
Son tarix 22 may 2024 - [email protected]
Namizədə tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatliq və ya maliyyə ixtisasi üzrə, magistr dəracəsi olması arzuolunandır);
- Baş mühasib kimi ən azı 3-5 il iş təcrübəsi;
- Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
- Mühasibatliqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynalxalq standartlarını bilməli
- Kompüter bilikləri: MS Office/Excel (əla)
- PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı olması üstünlükdür
İş barədə məlumat:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarını və açıqlamalarını düzgün və zamanında formalaşdırmaq və təmin etmək;
- Vergilərin və digər icbari hesabatların zamanında və düzgün hazırlanması və təqdim edilməsi, həmçinin müvafiq ödənişlərin hesablanması və ödənilməsinə nəzarət etmək;
- Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
6 günlük iş qrafiki, 6-cı gün yarı iş günü
İş yeri: Masazır dairəsi
Nahar şirkət tərəfindən təmin olunur
Əmək haqqı razılaşma əsasında.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.