Novator HRC
Satış Təmsilçisi
Son tarix 24 may 2023 - [email protected]
İş barədə məlumat:
- Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatlar vermək, suallarının əsaslandırılmış formada cavablandırmaq, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
- Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;
- Peşəkar yuyucu vasitələrin, təmizlik maşınların və digər təmizlik avadanlıqlarının tanıtımını və aktiv satışını həyata keçirmək;
- Mövcud müştəri bazasını inkişaf etdirilmək və möhkəmləndirmək;
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, təyin edilmiş hədəflərə çatmaq;
- Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Yanacaq xərcləri qarşılanır;
- Əmək haqqı 700-1100 azn+bonus (amortizasiya xərcləri daxil) ;
Namizədə tələblər:
- Şəxsi avtomobil mütləq olmalıdır;
- Sürücülük vəsiqəsi;
- Ali təhsil;
- Yaş həddi 25-40 arası;
- Azərbaycan dilini səlis bilməli (rus dili arzuolunandır);
- Komandada və stres altında işləmək bacarığı;
- Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında işləmək bacarığı;
- Ünsiyyətcil və inandırma bacarığı;
- Öz üzərində işləyən, inkişafa meyilli;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Satış analizini aparmaq bacarığı;
- Vaxtın səmərəli idarə olunması bacarığı;
- Satış (xüsusilə HoReCa) sahəsində təcrübə;
Tələblərə uyğun namizədlər mövzu yerində “Satış təmsilçisi” yazmaqla Şəkilli CV-lərini göndərə bilərlər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.