Novas Agro
Baş mühasib
Son tarix 17 mar 2022 - [email protected]
İş şəraiti:
- İş yeri Zirə qəsəbəsində yerləşir;
- 6 günlük iş qrafiki;
- Saat 08:30-17:30;
- Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi;
- Əmək haqqı: müsahibə əsasında namizədin bilik bacarığına görə dəyişir: 1700-1800 AZN.
Vəzifələr:
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
- Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
- Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlayır;
- Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
- Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
- Ayın bağlanmasını həyata keçirir;
- Biznes planlarının və büdcələrin tərtibatı üçün materialların hazırlanmasına nəzarət edir;
Tələblər:
- Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili
- Təcrübə: Aqro sahədə (Kənd təsərrüfatı) iş təcrübəsi
- 1C proqramında işləmək bacarığı;
- IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə bilikləri olanlara üstünlük verilir
- Məsuliyyətli, kollektivdə işləmə bacarığı;