North West
Anbar sistemi operatoru (Laçın)
Son tarix 19 iyl 2025 - [email protected]
Vəzi̇fə öhdəlikləri:
- Proqramda mal-materialların izlənməsi və məlumatın hesabat şəklində işlənməsi;
- Xüsusi proqramda müvafiq düzəlişlərin aparılması;
- Mal-materialların anbardan verilməsi zamanı sənəd tərtibatının düzgünlüyünə nəzarət;
- Satınalma və loqistika şöbəsi üçün hesabatların tərtib edilməsi;
- Daxil olan yükün müəyyən edilməsi və sistemdə yükün qəbulu üzrə sorğuların yerləşdirilməsi;
- Çatdırmadan sonra qəbulun təsdiq edilməsi (sənədlərin, qəbul edilmiş mal üzrə aktın yoxlanması, anbara yerləşdirilməsinin təsdiqi);
- Problemlərin, çatışmazlıqların, artıqların və qüsurların həll edilməsi;
- İadələr üzrə sənədlərin işlənməsi;
- Sifarişlərə dair sənədlərin çap edilməsi;
- Hesabatların hazırlanması;
Tələblər:
- Müvafiq sahə üzrə azı 1-2 il iş təcrübəsi;
- Ofis proqramlarının sərbəst istifadə etmək;
- VMS (anbar) proqramında iş təcrübəsi üstünlükdür;
- 1C programını bilmək üstünlükdür;
Namizədlərdən CV-ni "Anbar sistem operatoru (Laçın)" mövzusu ilə [email protected] və ya [email protected] elektron poçtuna göndərməyi xahiş olunur.
Anbardar Köməkçisi (Ceyranbatan)
Son tarix 19 iyl 2025 - [email protected]
Öhdəliklər:
- Anbara qəbul edilən mal-metirialın qəbuluna, saxlanmasına, düzgün yerləşdirilməsinə iştirak edir;
- Anbarda olan mal-materialın təhlükəsizliyini və anbardan buraxılan və anbara daxil olan mal-materialın gəlir-çıxar sənədləri üzrə qeydiyyatını təmin edir;
- Anbardan məhsulun limitlə buraxılış vərəqəsi əsasında buraxılmasını təmin edir və buna nəzarət edir;
- Anbarda olan mal-materialın inventarlaşmasında mühasibatlıqla birlikdə yaxından iştrak edir;
- Anbara yükləmə-boşaltma işlərinə nəzarət edir;
- Anbarda aparılan bütün əməliyyatların uçotunu aparır və ümumi vəziyyət haqqında rəhbərliyə vaxtaşırı hesabat vermək;
Tələblər:
- Təhsil: Ali/Orta
- Ən azı 1 il iş təcrübəsi
- Səlist Azərbaycan dili, İngilis dili arzuolunandı
Xahiş edirik CV-nizi [email protected] ya da [email protected] ünvanına "Anbardar Köməkçisi (Ceyranbatan)" mövzusu ilə göndərin.
Planlama mühəndisi (Mingəçevir)
Son tarix 19 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Həyata keçirilən layihə işləri ilə bağlı biznes planının gündəlik və həftəlik hazırlanmasını təmin etmək və hazırlamaqda iştirak etmək;
- Layihə rəhbərinə aşağıdakı hesabatları vermək:
- işçi qüvvəsini və ya işçilərin sayını hesablamaq
- layihədə işlə bağlı məlumat toplamaq və həcm hesablanmaq və onun hesabatını hazırlamaq.
- gündəlik hesabatları
- Gecikmiş işi yenidən planlaşdırmaq;
- Gecikmələrin səbəblərini müəyyən etmək, İnşaat Mühəndisləri ilə danışıqlar yolu ilə bu səbəbləri aradan qaldırmağa qərar verin
- Subpodratçılar tərəfindən yerinə yetirilmiş işlərə aid qeyd və planlaşdırmanı təmin etmək;
- Edilən işlərdə zərəri müəyyənləşdirmək və tələbləri hazırlamaq;
Tələblər:
- Planlama və nəzarət sahəsində 3 il iş təcrübəsi;
- Primavera6 üzrə biliklər;
- Ali təhsil (Mühəndislik dərəcəsi);
- AutoCAD bilikləri;
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Planlama mühəndisi (Mingəçevir)” başlığı ilə göndərməklə edə bilərsiniz.
Şaxta işləri üçün briqadir
Son tarix 19 iyl 2025 - [email protected]
Iş yeri - Salyan şəhəri
Vəzifə Öhdəlikləri
- Şaxta tikintisi işlərinin sahədə düzgün və təhlükəsiz şəkildə icrasını təmin etmək;
- İşçi heyətinin gündəlik iş bölgüsünü təşkil etmək və nəzarət etmək;
- İşçi heyətinin gündəlik iş bölgüsünü təşkil etmək və onların fəaliyyətinə nəzarət etmək;
- Şaxtada aparılan işlərin layihəyə və texniki göstəricilərə uyğun yerinə yetirilməsini təmin etmək;
- Qazma, betonyarma, su izolyasiyası və digər şaxta içi işlərinin ardıcıllığını və keyfiyyətini izləmək;
- İş zamanı yaranan texniki nasazlıqları və təhlükəli halları vaxtında mühəndis heyətinə bildirmək;
- İş sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını təmin etmək;
- Gündəlik görülən işlər barədə mühəndis və ya sahə rəhbərinə məlumat vermək;
- Sahədə istifadə olunan material və avadanlıqların düzgün istifadəsinə və qorunmasına nəzarət etmək;
- İş sahəsinin təmiz və nizamlı saxlanmasını təşkil etmək;
- Foto və video sənədləşdirmə üçün lazım olan görüntülərin çəkilməsinə kömək etmək və lazımi məlumatları təqdim etmək.
Tələblər
- Tikinti sahəsində və xüsusilə şaxta işlərində minimum 2-3 il təcrübə
- Tikinti prosesləri, şaxta qazıntısı, betonyarma və su izolyasiyası işləri üzrə biliklər
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə bilik və məsuliyyət
- Fiziki olaraq aktiv iş şəraitində işləmək imkanı (şəxsi sağlamlıq imkanları bunu dəstəkləməlidir)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını [email protected] və ya [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Şaxta işləri üzrə briqadir” qeyd etməyiniz vacibdir.
Mikrotunel işləri üçün Briqadir
Son tarix 19 iyl 2025 - [email protected]
Iş yeri/ Work place: Salyan şəhəri
Vəzifə Öhdəlikləri:
- Mikrotunel işlərinin sahədə düzgün və vaxtında icrasını təmin etmək;
- İşçi heyətinin gündəlik iş bölgüsünü təşkil etmək və nəzarət etmək;
- İş planlarına və layihə qrafikinə uyğun olaraq işlərin irəliləyişinə rəhbərlik etmək;
- Qazma trayektoriyasının layihəyə uyğun aparılmasını təmin etmək;
- Geotexniki və hidrogeoloji şəraitə uyğun tədbirlər görmək;
- İstifadə olunan boruların və materialların uyğunluğunu yoxlamaq;
- Layihə mühəndisləri, texniki nəzarətçilər və podratçılarla koordinasiyalı şəkildə işləmək;
- Sahədə görülən işlərin foto və video sənədləşdirilməsinə nəzarət etmək;
- Problemləri və texniki nasazlıqları vaxtında bildirərək, həll yolları təklif etmək;
- Lazımi materialların vaxtında təchiz olunmasını təmin etmək üçün sifarişləri əlaqələndirmək;
- Avadanlıqların saz vəziyyətdə saxlanmasına nəzarət etmək;
- Gündəlik iş hesabatları hazırlamaq və tikinti rəhbərinə təqdim etmək;
Tələblər:
- Mikrotunel və ya TBM (Tunel Qazma Maşını) layihələrdə təcrübə (minimum 1-3 il)
- Mikrotunel qazma, boru itələmə, TBM avadanlıqları və mikrotunel prosesinin ardıcıllığı barədə biliklər
- Tikinti layihələrinin və texniki planların oxunması və icrasına nəzarət etmək bacarığı
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi əməl etmək və heyətə nəzarət etmək bacarığı
- Rus və ya ingilis dili bilikləri arzuolunandır (müasir TBM avadanlıqlarının proqram təminatını başa düşmək üçün üstünlükdür)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını [email protected] və ya [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Mikrotunel işləri üzrə briqadir” qeyd etməyiniz vacibdir.
Tabelçi (Qarabağ bölgəsində layihələr)
Son tarix 18 iyl 2025 - [email protected]
Vəzifə funksiyaları:
- Layihələr üzrə işçilərin şəxsi işlərini aparmaq və yaratmaq;
- İşçilərin davamiyyətinə nəzarət edilməsi, tabelin hazırlanması və İR Departamentinə göndərilməsini təmin etmək;
- İşə qəbul olunma, işdən azad olunma, məzuniyyət, ezamiyyət, vəzifə artımı və İR-a aid digər sənədlərin İR departamentinə göndərilməsini təmin etmək;
- Əmək müqaviləsi şərtlərini və şirkətin daxili intizamına pozulması haqda İR departamentine məlumat vermək və Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq tədbirlər görmək;
- İnsan resursları qaydaları və prosedurlarının hazırlanmasında iştirak etmək və müntəzəm olaraq Layihələr üzrə təkliflər vermək;
- İşçilərin məlumatları Elektron məlumat bazasına əlavə etmək və Layihələr üzrə İK ilə əlaqəli məlumat bazalarını müntəzəm olaraq yeniləmək;
- Cari gün üçün işçilərin sayına uyğun olaraq layihədə işləyən işçilər üçün bir yemək sifarişi vermək;
- Layihə işçilərinin şikayətlərini araşdırmaq və onu İnsan Resursları Departamentinə çatdırmaq;
- HR ilə bağlı tədbirlərin və görüşlərin təşkilində iştirak etmək;
- Layihə üzrə vaxtında, düzgün və səmərəli gündəlik fəaliyyəti təmin etmək üçün İİB-ə dəstək vermək;
- İnkişaf hesabatlarını dəstəkləmək üçün, nüsxələrin İT Departamentinə göndərilməsini təmin etmək;
Tələblər:
- Komputer bilikləri: Microsoft Office tools (Word/Excel/PowerPoint/Outlook) əla səviyyədə bilmək;
- Kadr işinin təşkili və hesabatların tərtibini bilmək
- Kadrlarla bağlı bütün sənədləşməni əmr, arayış, təqdimat, tabel və s. sənədlərinin təşkilini əla səviyyədə bilmək
- Azərbaycan Qanunvericiliyinə əsasən məzuniyyət, müavinat, kompensasiyaların verilməsi və ödənilməsi qaydalarını yaxşı bilmək
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Tabelçı" qeyd edərək [email protected] və ya [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.