Norm OJSC
Satınalma üzrə köməkçi
Son tarix 14 may 2022 - [email protected]
İş yeri: Qaradağda yerləşən Zavod Ofisi.
Tələblər:
- Ali təhsilin olması
- Əlaqədər və ya oxşar sahədə 1 il iş təcrübəsi
- İngilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarıqları
- MS Office proqramları üzrə istifadə biliklərinə malik olmaq
- SAP proqramı üzrə biliklər arzu olunandır
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Davamlı inkişaf
- Bütövlük
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
- Komanda işi
Vəzifə və Öhdəliklər:
- Təchizat və logistika departamentinə daxil olan bütün sənədləri yoxlamaq, müqavilələrin sistemə vaxtında yüklənməsinə və müqavilələrin bitmə müddətinə nəzarət etmək.
- SAP-də yeni təchizatçı yaradılması prosesinə nəzarət etmək.
- Təchizat və logistika şöbəsinə aid bütün sənədlərin düzgün şəkildə qovluqlarda toplamaq və arxivləşdirmək.
- Təchizatçıların ilkin qiymətləndirməsinə və dəyərləndirilməsinə nəzarət etmək
- Təchizat və logistika şöbəsinə aid iclaslarda iştirak edib iclas protokollarını hazırlamaq və müzakirə olunan məsələlərin icrasını təqib etmək.
- Dövr sənədlərinin vaxtında və tam şəkildə mühasibatlıq şöbəsinə təqdim olunmasına nəzarət etmək.
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
Son Müraciət Tarixi: 13.05.22