Norm OJSC
Strategiya və Biznesin İnkişafı üzrə Direktor
Son tarix 04 dek 2023 - [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- Maliyyə və Menecment sahəsində ali təhsil (MBA ixtisasına malik olmasına üstünlük verilir);
- Müvafiq sahədə ən azı 10 il iş təcrübəsinin olması (o cümlədən 3-5 il rəhbər vəzifədə çalışmaqla);
- Azərbaycan, ingilis və rus dillərinin səlis biliyi;
- Bazar və sənaye ilə bağlı biliklərin olması;
- Kritik maliyyə göstəriciləri barədə məlumatlı olmaq;
- Azərbaycanda və Xəzər ətrafı bölgələrdə sement biznesi, eləcə də Azərbaycanın tikinti materialları bazarı haqqında ümumi anlayışa malik olmaq;
- Sement zavodları üçün alternativ yanacaq və bərpa olunan enerji mənbələrindən istifadə prinsiplərini başa düşmək və onların həyata keçirilməsi üçün potensial həllər təklif etmək;
Vəzifə və Öhdəliklər:
- Fərqli departamentlər arasında strategiyanın hazırlanması və həyata keçirilməsi, biznesin inkişafı və xərclərin azaldılmasına yönəlmiş mühüm layihələri planlaşdırmaq və ona nəzarət etmək;
- Yuxarı rəhbərliyin bir hissəsi olaraq şirkətin strategiyasını formalaşdırmaq, yeniləmək və həyata keçirmək üçün Rəhbər Heyəti və Direktorlar Şurası ilə əməkdaşlıq etmək;
- Yeni bazarlara çıxmaq, müştəri ehtiyaclarını ödəmək və qənaət strategiyalarını araşdırmaq imkanlarının müəyyən edilməsi;
- Biznesin inkişafını dəstəkləmək üçün Azərbaycanda və beynəlxalq miqyasda bazar tendensiyalarını və rəqibləri təhlil etmək;
- Biznesin inkişafı və strategiya layihələri üçün xarici podratçılar və məsləhətçilər ilə əlaqələri idarə etmək;
- Müxtəlif departamentlər, layihənin həyata keçirilməsi sponsorları və müxtəlif iş prosesləri ilə bağlı layihə qrupları arasında əlaqə rolunu oynayaraq şirkət strategiyasının inkişafı və yenilənməsini əlaqələndirmək;
- Departamentin strateji planlarını/yol xəritələrini birləşdirmək və ümumi strateji planı hazırlamaq;
- Strateji hədəfləri konkret addımlara və büdcəyə çevirmək üçün maliyyə və digər şöbələrlə əlaqə qurmaq;
- Lazım olduqda qanunverici orqanlar və mühüm şəxslərlə əlaqələri inkişaf etdirmək;
- Biznesin inkişafına və strateji hədəflərə çatmağa diqqət yetirərək şirkətin xarici kommunikasiya strategiyasına töhvə vermək və nəzərdən keçirmək;
- Dövri olaraq şirkətin ümumi strategiyasını nəzərdən keçirmək və yeniləmək;
- Gələcək uğurları təmin etmək məqsədi ilə təşkilatın məqsəd və vəzifələrinə uyğun gələn yeni strateji təşəbbüslər formalaşdırmaq;
- Biznes inkişafı fəaliyyətləri, fərdlərin və ya komandaların səlahiyyətləndirilməsi ilə bağlı xüsusi öhdəliklərin həvalə edilməsi;
- Mütəmadi olaraq strateji proqramın ümumi gedişatını yoxlamaq və hər bir strateji təşəbbüsün irəliləyişinin strateji yol xəritəsi ilə uyğunlaşdırılmasını təmin etmək;
- Strateji KPI-lərin istiqamətləndirilmiş hədəflərə doğru irəliləməsini təmin etmək;
- İcra Komitəsinin işinin həyata keçirilməsi, qiymətləndirmə və təkliflər vasitəsilə rəhbərlik qərarlarına töhvə vermək;
- Hər bir layihənin adaptasiyasını təmin etmək, layihələrin idarəçiliyini və hesabat strukturlarını nəzərdən keçirmək və optimallaşdırmaq;
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 03.12.23
Strategiyanın icrasının koordinasiyası üzrə baş mütəxəssis
Son tarix 04 dek 2023 - [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günlər iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var.)
Tələblər:
- Maliyyə və idarəetmə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
- Bazar və sənaye ilə bağlı biliklərin olması;
- Analitik düşüncə;
- Kritik maliyyə göstəriciləri üzrə məlumatlı olmaq;
- İngilis dilində sərbəst, rus dilində orta səviyyədə bilmək;
- MS Office proqramlarından (Excel, Powerpoint (ThinkCell) və digərləri) istifadə bacarığı;
Vəzifə və öhdəliklər:
- Daxili maraqlı tərəflər, potensial müştərilər və tərəfdaşlarla işgüzar görüşlər və digər əməkdaşlıqların təşkili və izlənilməsi;
- Strateji layihələrin, biznes planların və s. maliyyə-iqtisadi qiymətləndirmələrinin aparılmasına köməklik göstərmək;
- Strateji təşəbbüsləri strateji yol xəritəsi ilə uyğunlaşdırmaq, əsas fəaliyyətlər arasında qarşılıqlı əlaqələr yaratmaq;
- Hər bir strateji təşəbbüs üçün strateji KPI irəliləyişlərini qiymətləndirmək, strateji KPI hər bir istiqamətinin dəqiqliklə ölçülməsini təmin etmək;
- Strategiyanın İcrası Komitəsinin sənədlərini konsolidasiya etmək, Strategiya və Biznes İnkişafı üzrə Direktora və iştirakçılara hesabat vermək;
- Strategiya və Biznesin İnkişafı üzrə Direktorla (istəyə görə), strateji təşəbbüskarla və iş üzrə məsul şəxslərlə görüşlərdə iştirak etmək, strateji təşəbbüslərin izlənilməsinə dair sənədlərin əvvəlcədən müəyyən edilmiş təlimatlara uyğun formalaşmasını təmin etmək, layihələrin idarəetmə və hesabat strukturları üzrə iş həcmini koordinasiya etmək;
- Həm strateji, həm də biznesin inkişafı funksiyaları çərçivəsində görüşlərin təşkili, görüşlərin və təqdimatların protokollarının hazırlanmasında fəal iştirak etmək və dəstək göstərmək;
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 03.12.23
Risklərin idarə edilməsi üzrə menecer
Son tarix 04 dek 2023 - [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var.)
Tələblər:
- Biznesin idarə edilməsi, Sənaye İqtisadiyyatı, Sənaye Mühəndisliyi, Maliyyə, Əməliyyatların İdarəedilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür),
- Tikinti materialları və ya digər istehsal sənayesi sahəsində risklərin idarə edilməsi üzrə təcrübə,
- Maliyyə, texniki və hüquqi risklərin qiymətləndirilməsi üzrə biliklər,
- Yüksək səviyyədə analitika və problem həlletmə bacarığı,
- Güclü ünsiyyət və təqdimat bacarıqları,
- Risklərin idarə edilməsi sahəsində sertifikatların olması üstünlükdür.
- Risklərin idarə edilməsi vasitələri və proqramları bağlı məlumatlı olmaq üstünlükdür.
Vəzifə və öhdəliklər:
- İstehsal, logistika, hüquq, kommersiya və maliyyə əməliyyatları daxil olmaqla, təşkilatın müxtəlif funksiyaları üzrə hərtərəfli risklərin qiymətləndirilməsi prosesini aparmaq və koordinasiya etmək;
- Risklərin idarə edilməsi təcrübələrini strateji məqsədlərin müəyyən edilməsi və icrasına inteqrasiya etmək üçün şöbə rəhbərləri və funksiyalararası komandalarla sıx əməkdaşlıq etmək;
- Risklərin azaldılması strategiyalarına, əməliyyat nəzarətinə, biznesin davamlılığına və fövqəladə hallardan sonra bərpa planlarına nəzarət etmək;
- Müvafiq şöbələrlə əməkdaşlıq edərək, fövqəladə hallara və ya gözlənilməz hadisələrə sürətli və effektiv cavab tədbirləri təmin etmək üçün hadisələrin idarə edilməsi planını hazırlamaq;
- Rəhbərlik və İdarə Heyətinin Risk Komitəsi üçün əsas riskləri və tövsiyə olunan tədbirləri vurğulayan müntəzəm risklərin idarə edilməsi hesabatları və təqdimatları hazırlamaq;
- Stress testi, ssenari təhlili və risk modelləşdirmə də daxil olmaqla maliyyə, kommersiya, texniki və hüquqi risklərin idarə edilməsi çərçivəsini nəzərdən keçirmək;
- Risklərin idarə edilməsi strategiyalarını şirkətin maliyyə və digər məqsədlərinə uyğunlaşdırmaq üçün Baş Kommersiya Direktoru və Baş Maliyyə Direktoru ilə, eləcə də maliyyə komandası ilə əməkdaşlıq etmək; Texniki və istehsalla əlaqəli risklərin idarə edilməsində son tendensiyalarla bağlı Əməliyyatlar üzrə Baş Direktor ilə əməkdaşlıq etmək; Qanunvericilikdə baş verən dəyişikliklər və məhkəmə prosesləri ilə bağlı risklər üzrə Baş Hüquqşünas ilə əməkdaşlıq etmək;
- Hedcinq strategiyaları və digər risklərin ötürülməsi mexanizmləri daxil olmaqla, bütün əməliyyat riskləri üçün sığorta təminatını qiymətləndirmək və tövsiyələr vermək;
- İşçilərə risklərin idarə edilməsi üzrə ən yaxşı təcrübələr və fövqəladə hallara cavab tədbirləri ilə bağlı təlimlər və təlimatlar vermək;
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 03.12.23