Norm OJSC
Satınalma üzrə Mütəxəssis
Son tarix 21 noy 2023 - [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi üzrə ali təhsil (Magistr dərəcəsinin olması üstünlükdür);
- Təchizat sahəsində ən azı 3 il iş təcrübəsi;
- Orta səviyyədə ingilis dili biliyi;
- MS Office komputer proqramı üzrə bacarıqlar;
- CIPS və ya buna bənzər sertifikatın olması arzu olunandır;
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Satınalmanın təşkili: Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması, tədarükü
- Kateqoriyanın İdarəolunması prinsiplərinə müvafiq şəkildə kateqoriyalar üzrə danışıqlar aparmaq və müqavilələr bağlanmaq, mal-material və xidmətlər üzrə alış əməliyyatlarının və bu əməliyyatlarla bağlı digər müvafiq işlərin yerinə yetirilməsi
- Müəyyən edilmiş hədəflərə nail olmaq üçün, sifarişçi və yaxud son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi, kateqoriya ilə bağlı il ərzində baş verən istənilən dəyişiklik və yenilənmələrə nəzarət edilməsi və adekvat tədbirlərin görülməsi
- Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq Təsdiqlənmiş Təchizatçı Siyahısında mövcud olan və eləcə də bazar araşdırması zamanı müəyyən edilmiş alternativ təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi.
- Hər bir kateqoriya üzrə alışların CMP (Kateqoriya İdarəolunması Planı) hazırlanması, kateqoriya daxilində proseslərin CMP-də müəyyən edilmiş tapşırıq və hədəflər üzrə müvafiq olaraq həyata keçirilməsi
- Kateqoriyanın İdarəolunması prinsiplərinə uyğun olaraq təchizatçıların ilkin və təkrar qiymətləndirilməsi prosesində iştrirak etmə
- Təchizatçı siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi, yeni potensial Təchizatçıların araşdırılması, təchizatçıların ofis və sahələrinə səfərlər etməklə təchizatçıların qiymətləndirilməsi və satınalma şərtlərinin uyğunlaşdırılması, fərdi sifarişlər, həmçinin uzunmüddətli alışlar üçün alış qiyməti və şərtləri ilə bağlı təhlillərin aparılması və danışıqların həyata keçirilməsi, əsas və strateji təchizatçılarla kommersiya şərtlərinin razılaşdırılması.
- Təchizatçı müqavilələrinə baxılması və lazım gələrsə müvafiq dəyişiliklərin edilməsi üçün təkliflərin hazırlanması
- Təchizatçıların vaxtında satınalma sənədlərinin təhvil verilməsinə nəzarət etmək və bu sənədlərin maliyyə ayının vaxtında bağlanışı üçün Maliyyə şöbəsinə təhvil verilməsi
- Təchizatçı performansının qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün rəylərin alınması, sorğularının keçirilməsi və tövsiyələrin verilməsi.
- Müvafiq kateqoriyaya aid layihələrin müəyyən edilmiş zaman çərçivəsində və keyfiyyətlə icrası və idarə edilməsi.
- Alış Tələbnamələrini vaxtlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
- Lazım olduqda təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
- Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması
- Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 20.11.23
Kreditor Hesablar üzrə Mühasib
Son tarix 15 noy 2023 [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
- Əlaqədar sahə üzrə 3 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərini ixtisasın tələb etdiyi səviyyədə bilmək;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
- CIMA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.
- Analitik düşüncə;
- Effektiv kommunikasiya bacarığı;
Vəzifə və Öhdəliklər:
- Bütün tədarükçü qurumların hesab-fakturalarının qəbulu, hesab-fakturaların tam və dəqiq olmasının yoxlanması, tələb olunan bütün sənədlərin hesab-fakturalarla uyğunluğunun təmin edilməsi
- Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması və üzərinə tarix möhürünün vurulması
- Tələb olunan bütün daxili imzaların və təsdiqlərin alınması
- Ödənişlərin vaxtında həyata keçirilməsinin təmin edilməsi
- Tamamlanmış hesab-fakturalar üzrə mühasibat qeydlərinin SAP proqramına daxil edilməsi
- Tədarükçülərlə yarımillik və illik razılaşmaların əldə edilməsi
- Hesab-fakturaların qeydiyyata alınması və ehtiyat nüsxələrinin saxlanması
- Hesab-fakturaların icrası ilə bağlı tədarükçülərin telefon zənglərinin cavablandırılması
- İşçilərlə bağlı bütün xərc hesabatlarının əlaqələndirilməsi və xərclərlə bağlı təsdiqlənmiş sənədlərin icrası
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 14.11.23
Maliyyə Analitiki
Son tarix 21 noy 2023 [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil;
- Maliyyə analizi ilə bağlı əlaqədar sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərini ixtisasın tələb etdiyi səviyyədə bilmək;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
- CFA, ACCA, CIMA, CPA və ya buna oxşar sertifikatların olması;
- Analitik düşüncə;
- Effektiv kommunikasiya bacarığı;
Vəzifə və Öhdəliklər:
- İnvestisiya qərarlarını dəstəkləmək üçün şirkətlər, sənayelər və bazarlar üzrə maliyyə araşdırmaları və təhlilləri aparmaq;
- Proqnozlaşdırma və qiymətləndirmə təhlilini dəstəkləmək üçün maliyyə modellərini və məlumat bazalarını hazırlamaq və qorumaq;
- Potensial investisiya imkanlarını və riskləri müəyyən etmək üçün maliyyə bazarı tendensiyalarını və xəbərlərini izləmək;
- Nəticələri və tövsiyələri yuxarı rəhbərliyə çatdırmaq üçün investisiya təklifləri və təqdimatları hazırlamaq;
- Maliyyə və əməliyyat təhlili və risklərin qiymətləndirilməsi daxil olmaqla, potensial investisiya hədəfləri üzrə lazımi araşdırma aparmaq;
- İnvestisiya strategiyalarının hazırlanması və həyata keçirilməsinə dəstək olmaq üçün komandanın digər üzvləri ilə əməkdaşlıq etmək;
- Performans təhlili və risklərin idarə edilməsi daxil olmaqla, portfel idarəetmə fəaliyyətlərini dəstəkləmək;
- Müştərilər və maraqlı tərəflər üçün maliyyə hesabatları və təqdimatlar hazırlamaq;
- Bazar inkişafı və investisiya imkanlarından xəbərdar olmaq üçün sənaye üzrə əlaqədar şəxslər, tədqiqat təminatçıları və digər maraqlı tərəflərlə əlaqələri qorumaq;
- Şirkətin və onun biznes bölmələrinin maliyyə fəaliyyətini təhlil etmək, rəhbərliyə fikir və tövsiyələr vermək;
- Planlaşdırma və qərar qəbulunu dəstəkləmək üçün maliyyə proqnozları və büdcələri hazırlamaq;
- Gəlir, xərclər, mənfəət marjaları və pul vəsaitlərinin hərəkəti kimi əsas maliyyə göstəricilərinə nəzarət etmək və hesabat vermək;
- Təkmilləşdirmə imkanlarını müəyyən etmək və potensial təhlükələri azaltmaq üçün maliyyə trendlərini və risklərləri təhlil etmək;
- İnvestisiya və kapital məsrəfləri üzrə təkliflərin hazırlanması və qiymətləndirilməsində köməklik göstərmək;
- Xüsusi layihələr və təşəbbüslər üçün maliyyə təhlilində dəstək olmaq;
- Yuxarı rəhbərlik, səhmdarlar və tənzimləyici orqanlar kimi daxili və xarici maraqlı tərəflər üçün maliyyə hesabatları və təqdimatlar hazırlamaq.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 20.11.23