Norm OJSC
Maliyyə Hesabatları və Büdcə üzrə Baş Mütəxəssis
Son tarix 07 noy 2023 - [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
- Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə biliklər
- MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
- CIMA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.
Tələb olunan kompetensiyalar:
- Analitik düşüncə;
- Effektiv kommunikasiya;
- Vaxtın düzgün idarə edilməsi;
- Müştəriyönümlülük
- Davamlı inkişaf
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
- Bütövlük
Vəzifə və Öhdəliklər:
- Şirkətin aylıq, rüblük və ya illik maliyyə hesabatlarının hazırlanması;
- Hesabatların məzmununun yoxlanılması və yekun nəticələrin hazırlanması;
- Hesabatların beynəlxalq standartlara və yerli qanunvericiliklə uyğunluğunun yoxlanılması;
- Şirkətin maliyyə performansının izlənilməsi və şirkətin strateji məqsədlərinə uyğun olub-olmadığının qiymətləndirilməsi;
- Maliyyə hesabatları ilə bağlı məlumatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Maliyyə analizi üçün statistik və digər məlumatların toplanması və analizi;
- Audit və rəhbərliyin sorğularına əsasən maliyyə hesabatlarının analizi və müzakirəsi;
- Müştərilərə, rəhbərliyə və müəssisənin digər bölmələrinə maliyyə məlumatların təqdim edilməsi;
- Hesabatların hazırlanması və təqdim edilməsi prosesində maliyyə məlumatların düzgün və tam olmasının yoxlanılması və təmin edilməsi;
- İşin aparılmasında qanunvericilik tələblərinə uyğunluğun nəzarət edilməsi və maliyyə proseslərinin keyfiyyətinin təmin edilməsi;
- Daxili hesabatların hazırlanması üçün lazım olan məlumatların toplanması, təhlili və qeydiyyatı;
- Şirkətin illik büdcəsinin hazırlanması və təqdim edilməsi;
- İllik, rüblük və aylıq büdcə göstəricilərin yoxlanılması, izlənilməsi və təhlil edilməsi;
- Büdcə ilə bağlı məlumatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Büdcənin uyğunluğunun izlənilməsi və varsa problemlərin araşdırılması və aradan qaldırılması;
- Büdcə planı ilə uyğun olaraq, təşkilatın maliyyə performansının izlənməsi və hesabatların hazırlanması;
- Büdcə icrası prosesində maliyyə nəzarətinin təmin edilməsi, lazım olan hesabatların hazırlanması və büdcə təhlilinin aparılması;
- Rəhbərliyin tələblərinə uyğun hesabatların hazırlanması və məlumatların əhatəli təhlilinin təmin edilməsi;
- Xarici audit materiallarının hazırlanmasının koordinasiyası, xarici maliyyə hesabatı, xarici auditorların fəaliyyətinə nəzarət və onların təklif və iradlarının araşdırılması;
- Şirkətin büdcəsinin və maliyyə proqnozlarının tərtibatının razılaşdırılması və dəyişikliklər və həmin dəyişikliklərin səbəbləri barədə hesabat verilməsi;
- Artıq/əskik xərclərin, faktiki gəlir və xərclərin təhlilinə dəstək və müxtəlif statistik hesabatların hazırlanması;
- Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlili;
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 06.11.23
Əsas Vəsaitlər və İnventar üzrə Mühasib/Kiçik Mühasib
Son tarix 07 noy 2023 [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
- Əlaqədar sahə 1-3 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
- CIMA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatların olması arzuolunandır
Tələb olunan kompetensiyalar:
- Analitik düşüncə;
- Effektiv kommunikasiya;
- Vaxtın düzgün idarə edilməsi;
- Müştəriyönümlülük
- Davamlı inkişaf
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
- Bütövlük
Vəzifə və Öhdəliklər:
- Əsas vəsaitlərin hərəkətinin ERP – SAP sistemində monitorinqi və əsas vəsaitlərin qeydiyyatının müvafiq qaydada aparması;
- Əsas vəsaitlər və inventarın dəyərinin müəyyən edilməsi və bu məlumatların hesabatlarında düzgün şəkildə göstərilməsi;
- Əsas vəsaitlər və inventar hesabatlarının hazırlanması;
- Əsas vəsaitlər və inventarla bağlı məlumatların məlumat bazasında dəqiq və tam olması üçün tədbirlər görmək;
- Əsas vəsaitlər və inventarın yoxlanılması zamanı dəyərindəki dəyişiklikləri izləmək və bunların səbəbini müəyyən etmək;
- İnventar və əsas vəsaitlərin alınmasına nəzarət və yanlış qeydlərin korrektə edilməsi;
- Əsas vəsaitlərlə bağlı məsələlərin anbardan istehsalatadək nəzarət və uçotu;
- Əsas vəsaitlərin amortizasiyası və təmirinin nəzarət və uçotu;
- Əsas vəsaitlərlə bağlı strategiya və prosedurların tərtib edilməsinə dəstək;
- Mühasibatlıq və digər şöbələrlə birlikdə doğru və səmərəli uçot üsullarının, həmçinin əsas vəsaitlərin uçotu, qeydiyyatı və hesabatları ilə bağlı digər şöbələrin biznes ehtiyaclarının təmin edilməsi;
- Həftəlik/aylıq/yarımillik/illik fiziki inventarizasiyada iştirak etmək və fərqlərin qeydə alınması;
- Gündəlik, həftəlik, aylıq və xüsusi inventarizasiya və istehlak hesabatlarının hazırlanması və bütün əlaqədar şöbələrə təqdim edilməsi;
- İstehsal və təchizat şöbələri ilə birlikdə inventarizasiya qeydlərinin düzgün aparılmasının təmin edilməsi;
- Mühasibatlıqla birlikdə bütün məhsulların maya dəyərinin satış qiymətlərində və saxlanma xərclərində düzgün qeydə alınmasının təmin edilməsi;
- Kapital xərclər (CAPEX) və ya Əməliyyat xərcləri (Opex) uçot mərkəzlərində malların düzgün təsnif edilməsi üçün digər şöbələrlə əməkdaşlıq;
- Anbardakı malların zədələnməsi, sınması və köhnəlməsinin qarşısının alınması üçün nəzarətin anbar işçilərilə əməkdaşlıq;
- Köhnəlmiş/artıq malların anbardan çıxarılması üçün baxış keçirilməsi;
- Mal-materialların yoxlanması, fərqlərin qeydiyyatının aparılması;
- Mal-materialların ERP sistemi – SAP üzrə düzgün qeydiyyata salınmasına nəzarət;
- İnventarizasiya siyasətlərinin və prosedurlarının bərqərar və tətbiq olunmasına dəstək;
- Məhsulların qiymətlərində maya dəyərinin və anbar xərclərinin nəzərə alınmasını təmin etmək üçün mühasibatlıqla əməkdaşlıq;
- Satınalmalarla bağlı sifariş tələbləri (PR), sifariş əmrləri (PO) və müqavilələr kimi sənədlərin yerində olmasını və SAP sisteminə daxil edilməsinin təmin olunmasına dəstək;
- Birbaşa rəhbərin və/və ya şirkət rəhbərliyinin xüsusi tapşırıqlarının yerinə yetirilməsi;
- Lazım gələrsə Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 06.11.23