Norm OJSC
Hüquq Məsləhətçisi
Son tarix 19 avq 2024 - [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (müəyyən günləri iş öhdəliklərini distant iş rejimində yerinə yetirmək imkanı mövcuddur)
Tələblər:
- Hüquq sahəsi üzrə ali təhsil (bakalavr və magistr dərəcəsi)
- Müqavilələrin hazırlanmasına və hüquqi ekspertizasının aparılmasına dair iş təcrübəsi
- MS office proqramlarından istifadə bacarığı
- Azərbaycan və İngilis dillərinin yüksək səviyyədə bilməsi
- Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- İstehsalat şəraitində əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Effektiv ünsiyyət və kommunikasiya bacarıqları
- Müstəqil işləmək bacarığı
- Bütövlük
- Yenilikçilik
Vəzifə və Öhdəliklər:
- Şirkət adından imzalanan (Azərbaycan və İngilis dillərində) sazişlərin, müqavilələrin (əlavə və dəyişikliklərin) və hüquqi qüvvəyə malik və Şirkət üçün hüquqi öhdəliklər yaradan hər hansı digər hüquqi sənədlərin hazırlanması, yoxlanılması, təsdiqlərin toplanılması, sənədlərin imzalanması üçün tələb olunan hüquqi dəstəyin göstərilməsi, o cümlədən, həmin sənədlərin müzakirəsində və müvafiq danışıqlarda Şirkət adından çıxış edilməsi və Şirkət maraqlarının təmsil edilməsi;
- Şirkətin müxtəlif şöbələrinin sorğularına əsasən hüquqi araşdırmanın aparılması və nəticələrinə dair hesabatın və hüquqi məsləhətin verilməsi;
- Şirkətin daxili prosedurlarına uyğun olaraq tələb olunan hər hansı hüquqi sənədlərin, məktubların və hesabatların hazırlanması və ya yoxlanılması;
- Şirkətin fəaliyyət sahəsinə aid normativ hüquqi aktların və digər hüquqi sənədlərin müəyyən edilməsi, hüquqi təhlili və tətbiqi ilə əlaqədar Şirkət rəhbərliyinə və digər əməkdaşlarına hüquqi məsləhətin və tövsiyələrin verilməsi;
- Şirkətin Səhmdarlarının Ümumi Yığıncağının çağırılmasına dair qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq müvafiq hüquqi tədbirlərin icrasında hüquqi dəstəyin göstərilməsi;
- Şirkətin Səhmdarlarının Ümumi Yığıncağının və Direktorlar Şurasının qərarlarının və protokollarının hazırlanmasında və saxlanılmasında hüquqi dəstəyin göstərilməsi;
- Şirkətin məhkəmə işlərinin aparılmasında Şirkət adından çıxış edən vəkilə tələb olunan sənədlərin hazırlanmasında və toplanılmasında müvafiq köməkliyin göstərilməsi;
- Şirkətin dövlət orqanlarında təmsil edilməsi, hüquq və maraqlarının müdafiə edilməsi, bununla bağlı tələb olunan bütün zəruri hüquqi hərəkətlərin Şirkət adından həyata keçirilməsi.
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.