Norm OJSC
İstehsalat və Proses üzrə Mühəndis
Son tarix 24 fev 2024 - [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- Kimya mühəndisliyi, sənaye mühəndisliyi, maşınqayırma, geologiya və ya müvafiq sahədə bakalavr dərəcəsi;
- Sement zavodunda və ya oxşar ağır sənaye istehsal mühitində istehsal mühəndisliyi və ya prosesin optimallaşdırılması sahəsində təcrübə;
- Sement istehsalı prosesləri, avadanlıqları, xammallar barədə ilkin biliklər;
- Keyfiyyətə nəzarət üçün analizlər və metodlar barədə məlumatlı olmaq;
- İngilis dilində B2 səviyyədə danışmaq və yazmaq bacarığı;
- MS Office komputer proqramı üzrə bacarıqlar;
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Satış, tələb proqnozlarına, resursların mövcudluğuna və keyfiyyət tələblərinə əsaslanaraq istehsal planlarını və cədvəllərini hazırlamaq üçün istehsal meneceri ilə əməkdaşlıq etmək.
- Xammalın qırılması, üyüdülməsi, soba əməliyyatları, klinker istehsalı və sement istehsalı və qablaşdırılması daxil olmaqla istehsal fəaliyyətlərinin vaxtında yerinə yetirilməsinə nəzarət etmək və təmin etmək.
- Avadanlıqların təmirini planlaşdırmaq və dayanma müddətini minimuma endirmək üçün texniki xidmət şöbəsi ilə kordinasiya.İstehsal xəttinin cari və əsaslı təmir işlərinin plana uyğun icrasına, keyfiyyətinə nəzarət
- Proseslərin optimallaşdırılması, səmərəliliyin artırılması və xərclərin azaldılması imkanlarını müəyyən etmək üçün istehsal proseslərini, iş axınını və avadanlıq performansını təhlil etmək.
- Sistemin fasiləsiz fəaliyyəti üçün materialların zamanında SAP sistemi üzərindən sifarişi
- Enerji istehlakını optimallaşdırmaq, istehsal məhsulunu maksimuma çatdırmaq və tullantıların əmələ gəlməsini minimuma endirmək üçün tədbirlər həyata keçirmək.
- İstehsal xətindəki plansız dayanmaların səbəbinin araşdırilmasına köməklik göstərməli və qərara alınmış tədbirlərin icrasına nəzarət etməli
- Sement məhsullarının sənaye standartlarına, müştəri spesifikasiyalarına və daxili keyfiyyət hədəflərinə cavab verməsini təmin etmək üçün keyfiyyətə nəzarət prosedurlarını həyata keçirmək və saxlamaq.
- Xammal tərkibi, sobanın temperaturu, üyüdülmə parametrləri və sementin keyfiyyət göstəriciləri ve sair kimi əsas proses parametrlərinə davamlı nəzarət etmək.
- İstehsal fəaliyyətinin davamlı monitorinqi və təhlili, təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və düzəldici və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi.
- Proses ölçüm cihazlarının düzgün istismarına riayət etmək
- Enerjinin səmərəliliyi çərçivəsində ətraf mühitə neqativ təsirlərin aradan qaldırılması istiqamətində tətbiq olunan qurğu və avadanlıqların səmərəliliyin hesablanması, uyğun proses auditlərinin təşkil edilməsində Proses Performans Müdirinə dəstək
- Alternativ yanacaq və xammal ilə sınaqların modelləşdirilməsi, hesabatların tərtib edilməsi və həyata keçirilməsin
- Proses ölçüm cihazları vasitəsi ilə sahə ölçüm cihazlarının doğruluğunu müəyyən etmək
- Proses ölçüm cihazları vasitəsi ilə öçümlər həyata keçirmə
- Proses və sənaye ölçüm cihazlarının vaxtı vaxtında kolibrləmə və doğrulama əməliyyatları üçün uyğun laboratoriyalara göndərilməsinə riayət etmək
- Qısamüddətli, orta və uzun müddətli proses optimallaşdırılması imkanlarının, texniki-iqtisadi hesabatlarının müəyyən edilməsində Proses Performans Müdirinə dəstək
- Departamentin fəaliyyəti ilə əlaqəli iş təlimatlarının hazırlanması
- Təkmilləşdirmə layihələri və təşəbbüslərini həyata keçirmək üçün KN KZ departamenti kimi çarpaz funksional komandalarla əməkdaşlıq etmək.
- İstehsalın davamlılıgını təmin etmək və düzgün planlamaq üçün təchizat, satış kimi digər şöbələrlə əməkdaşlıq etmək.
- İşçilərin cəlb edilməsini, bilik mübadiləsini və ən yaxşı təcrübənin yayılmasını təşviq etməklə davamlı təkmilləşmə mədəniyyətini inkişaf etdirmək.
- Sağlamlıq və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək və təhlükəsiz iş mühitini təşviq etmək.
- Risklərin qiymətləndirilməsi, təhlükənin müəyyən edilməsi və müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsi
- Təhlükəsiz iş təcrübələri, standart əməliyyat prosedurları və fövqəladə hallara reaksiya protokolları üzrə işçilərə təlim və təlimat vermək.
- İstehsal komandasına, operatorlara və texniki xidmət heyətinə texniki dəstək və təlimat vermək.
- Qaz təchizatı sisteminin istehsalat tapşırıqlarını verməli və onların “Qaz Xidmətinə dair Əsasnamə” yə uyğun icra olunmasına nəzarət etməlidir
- Sahədə gündəlik görülən işlərin keyfiyyətinə nəzarət etmək, tapşırıqlar vermək
- İstehsal həcmləri, keyfiyyət göstəriciləri, prosesin səmərəliliyi göstəriciləri və dayanma müddətlərinin təhlili daxil olmaqla, istehsal hesabatlarının hazırlanması.
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 23.02.2024