Norm OJSC
Maliyyə Hesabatları üzrə Mütəxəssis
Son tarix 22 avq 2023 [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
- Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə biliklər
- MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
- CIMA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.
Tələb olunan kompetensiyalar:
- Analitik düşüncə;
- Effektiv kommunikasiya;
- Vaxtın düzgün idarə edilməsi;
- Müştəriyönümlülük
- Davamlı inkişaf
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
- Bütövlük
Vəzifə və Öhdəliklər:
- Daxili idarəetmə hesabatlarının vaxtında və dəqiq təmin edilməsiı
- Bütün sənədlərin şirkət nizamnaməsinə, peşə standartlarına, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına və qanunla müəyyən edilmiş uçot normalarına uyğunluğunun təmin edilməsi
- Aylıq və illik hesabatların hazırlanma proseslərinin əlaqələndirilməsi
- Maliyyə əməliyyatlarının keyfiyyətinə nəzarətin və maliyyə hesabatlarının təqdim edilməsinin təmin olunması
- Maliyyə hesabatı sistemlərinin, uçot və investisiya fəaliyyətinin qiymətləndirilməsi və prosedurların, əməliyyat sistemlərinin, büdcələrin və digər maliyyə-nəzarət funksiyalarının dəyişdirilməsinə dair tövsiyələrin verilməsi
- Xarici audit üçün materialların və xarici qurumlar üçün maliyyə hesabatlarının hazırlanmasının əlaqələndirilməsi, xarici auditorların fəaliyyətinin əlaqələndirilməsi və onların təklif və tösviyələrinin tədqiq edilməsi
- Daxili auditorların təklif və tövsiyələrinin araşdırılması və lazım gələrsə cavab hazırlanması. Məhsulun maya dəyərinin təhlilində iştirak etmək və təkliflər irəli sürmək, xərclərin azaldılması üçün sahələri aşkar etmək
- Analitik və xüsusi hesablara aid layihərə və prosedurlara aid xüsusi hesabatlar tərtib edərək müsahibatlıq bağlanma prosesinə dəstək
- Aylıq, rüblük, yarım-illik və illik Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən maliyyə hesabatlarının hazırlanması
- Mühasibat uçotu və təlimatların düzgün tətbiqi ilə bağlı texniki mühasibatlıq araşdırmalarına, o cümlədən yeni mühasibat uçotu prinsiplərinin tətbiqinə dəstək
- Maliyyə modellərinin və yeni hesabatların yaradılması, saxlanılması və ötürülməsi
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 21.08.23
ERP (SAP) üzrə kiçik mütəxəssis
Son tarix 22 avq 2023 [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- Əlaqədar sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
- Yaxşı səviyyədə ingilis dili biliyi;
- SAP üzrə təcrübə və biliklərin olması üstünlükdür
- SAP ECC, SAP S/4 HANA, SAP ABAP üzrə biliklər arzu olunandır.
- Word, Excel və Powerpoint bilikləri yüksək səviyyədə
- Digər programlaşdırma dilləri biliyi üstünlükdür.
Tələb olunan kompetensiyalar:
- Effektiv kommunikasiya;
- Komanda işi
- Analitik düşüncə
- Müştəriyönümlülük
- Davamlı inkişaf
- Bütövlük
Vəzifə və Öhdəliklər:
- SAP HCM Modulunun işləyişinə və HR proseslərinə hakim olmaq. SAP da yaranmış problemlərin aradan qaldırılması yönündə SAP HCM modulunun konfigurasiyalarını və HR proseslərini dərindən araşdırmaq, problemin və ya tələb edilən dəyişikliyin səbəbini tapmaq və ya SAP HCM modulunda konfigurasiya qarşılığını tapmaq, həll etmək və ya həll edilməsini təmin (konsultant şirkətlərə tələb açıb həll edilincəyə qədər tələbi nəzarətdə saxlamaq, həll edildikdən sonra son istifadəçiyə təhvil vermək) etmək. Bu modulla bağlı tələb yarandığı zaman son istifadəçilərə təlimlər vermək, istifadəçi təlimatları hazırlamaq və digər sənədləşmə işlərini qaydasına salmaq.
- SAP SD, MM və PP Modulunun işləyişinə, Satış, İstehsalat, satınalma və logistika proseslərinə hakim olmaq. SAP da yaranmış problemlərin aradan qaldırılması yönündə SAP SD, MM və PP modullarının konfigurasiyalarını və biznes proseslərini dərindən araşdırmaq, problemin və ya tələb edilən dəyişikliyin səbəbini tapmaq və ya SAP SD/MM/PP modulunda konfigurasiya qarşılığını tapmaq, həll etmək və ya həll edilməsini təmin (konsultant şirkətlərə tələb açıb həll edilincəyə qədər tələbi nəzarətdə saxlamaq, həll edildikdən sonra son istifadəçiyə təhvil vermək) etmək. Bu modulla bağlı tələb yarandığı zaman son istifadəçilərə təlimlər vermək, istifadəçi təlimatları hazırlamaq və digər sənədləşmə işlərini qaydasına salmaq.
- SAP HCM, SD/ MM və PP modulları ilə bağlı yeni layihələrdə iştirak etmək. Blueprint sənədinin hazırlanmasına, tətbiqinə nəzarət etmək, prosesləri test etmək və konsultantlardan qəbul etmək.
- Gündəlik açılan tələbləri və yaranan işləri izləmək və yerinə yetirmək. Bölmənin administrativ işlərində aktiv iştirak etmək.
- İstifadəçilərin tələbatlarının təhlil edilməsinə, ilkin nümunələrinin yaradılmasına dəstəyə, biznes proseslərinin sınaq edilməsinə, təklif olunan həll yollarının SAP əməliyyatlarından istifadə edərək sənədləşdirilməsinə görə cavabdehlik
- Periodik hesabatların hazırlanması, rəhbərliyə təqdim edilməsi.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
Son Müraciət Tarixi: 21.08.23