Norm OJSC
Daxili Audit üzrə Müdir
Son tarix 17 dek 2022 - [email protected]
Hesabat verdiyi/tabe olduğu vəzifə: Baş Audit İnzibatçısı
İş yeri: Əsasən Qaradağda yerləşən zavod ofisi
Əlavə olaraq həftəiçi müəyyən günləri evdən və şəhər ofisindən işləmək imkanı var
Tələblər:
-
İqtisadi sahədə (maliyyə, mühasibatlıq, audit və s. ) ali bakalavr təhsili;
-
Əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi;
-
Baş Mütəxəssis və ya Qrup Rəhbəri vəzifələrində iş təcrübəsi mütləqdir;
-
Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
-
MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzu olunandır;
-
CİA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.
Tələb olunan kompetensiyalar:
-
Müştəri yönümlülük;
-
Analitik düşüncə, təşəbbüskarlıq;
-
Dürüstlük, obyektivlik, qərar verə bilmə;
-
Effektiv kommunikasiya, mübahisələrin idarə edilməsi;
-
Vaxtın düzgün idarə edilməsi, stresə dözümlülük;
-
Yenilikçilik və davamlı inkişaf;
-
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma.
Vəzifə və Öhdəliklər:
-
İllik Audit Planına əsasən və ya plandan kənar həyata keçirilən audit layihələrinin aparılmasını təşkil etmək və qrup rəhbəri kimi məsul olmaq ;
-
Daxili audit layihələrinin həyata keçirilməsi üzrə iş proqramını tərtib etmək və icrasına məsul olmaq;
-
Daxili audit yoxlamalarının nəticələrinə dair işçi faylları, hesabatları və s. hazırlamaq;
-
Yoxlanılan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək, rəy formalaşdırmaq və nöqsanların aradan qaldırılması istiqamətində praktik tövsiyyələr vermək;
-
Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına cavabdeh olmaq;
-
Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını qeyd etməklə göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 16.12.2022
Klinker İstehsalı üzrə Mühəndis
Son tarix 20 dek 2022 [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi
Tələblər:
-
Sənaye mühəndisliyi, kimya və ya digər əlaqəli texniki ixtisas üzrə ali təhsil
-
Istehsalat sahəsində 3 il iş təcrübəsi (sement sənayesində olması üstünlükdür)
-
Sement istehsalı barədə məlumatlı olmaq
-
İngilis dilində orta səviyyədə danışmaq və yazmaq bacarığı
-
MS Office proqramlarından istifadə bacarığı
-
SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır
Tələb olunan kompetensiyalar:
-
Müştəriyönümlülük
-
Davamlı inkişaf
-
Bütövlük
-
Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
Vəzifə və Öhdəliklər:
-
Klinkerin keyfiyyət hədəf dəyərlərinə əsasən istehsalına nəzarət
-
Xam qarışımın keyfiyyət hədəf dəyərlərinə əsasən istehsalına nəzarət
-
Klinker istehsal xəttinin cari və əsaslı təmir işlərinin plana uyğun icrasına, keyfiyyətinə nəzarət
-
Sistemin fasiləsiz fəaliyyəti üçün materialların zamanında SAP sistemi üzərindən sifarişi
-
Xam qarışım və Klinker istehsal xətindəki plansız dayanmaların səbəbinin araşdırilmasına köməklik göstərməli və qərara alınmış tədbirlərin icrasına nəzarət etməli
-
Tabeliyində olan işçilər üçün iş qrafiki təyin etməli və növbə cədvəli tərtib etməli
-
Sahədə gündəlik görülən işlərin keyfiyyətinə nəzarət etmək, tapşırıqlar vermək
-
Klinker istehsalı ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi
-
Xam qarışım və klinker istehsal parametrlərini davamlı optimallaşdırmaq
-
Avadanlıqların illik texniki baxış planının və həftəlik texniki təmirə dayanma qrafiklərinin hazırlanmasında iştirak etmək.
-
Sistemdə baş verən tıxanmaların təmizlənməsi zamanı tıxanmaların təmizlənməsi təlimatına uyğun işlərin icrasına nəzrət etmək
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 19.12.2022