Norm OJSC
Maliyyə Hesabatları üzrə Aparıcı Mütəxəssis
Son tarix 26 sen 2023 - [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
- Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə biliklər
- MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
- CIMA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.
Tələb olunan kompetensiyalar:
- Analitik düşüncə;
- Effektiv kommunikasiya;
- Vaxtın düzgün idarə edilməsi;
- Müştəriyönümlülük
- Davamlı inkişaf
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
- Bütövlük
Vəzifə və Öhdəliklər:
- Daxili idarəetmə hesabatlarının vaxtında və dəqiq təmin edilməsi
- Bütün sənədlərin şirkət nizamnaməsinə, peşə standartlarına, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına və qanunla müəyyən edilmiş uçot normalarına uyğunluğunun təmin edilməsi
- Aylıq və illik hesabatların hazırlanma proseslərinin əlaqələndirilməsi
- Maliyyə əməliyyatlarının keyfiyyətinə nəzarətin və maliyyə hesabatlarının təqdim edilməsinin təmin olunması
- Maliyyə hesabatı sistemlərinin, uçot və investisiya fəaliyyətinin qiymətləndirilməsi və prosedurların, əməliyyat sistemlərinin, büdcələrin və digər maliyyə-nəzarət funksiyalarının dəyişdirilməsinə dair tövsiyələrin verilməsi
- Xarici audit üçün materialların və xarici qurumlar üçün maliyyə hesabatlarının hazırlanmasının əlaqələndirilməsi, xarici auditorların fəaliyyətinin əlaqələndirilməsi və onların təklif və tösviyələrinin tədqiq edilməsi
- Daxili auditorların təklif və tövsiyələrinin araşdırılması və lazım gələrsə cavab hazırlanması. Məhsulun maya dəyərinin təhlilində iştirak etmək və təkliflər irəli sürmək, xərclərin azaldılması üçün sahələri aşkar etmək
- Analitik və xüsusi hesablara aid layihərə və prosedurlara aid xüsusi hesabatlar tərtib edərək müsahibatlıq bağlanma prosesinə dəstək
- Aylıq, rüblük, yarım-illik və illik Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən maliyyə hesabatlarının hazırlanması
- Mühasibat uçotu və təlimatların düzgün tətbiqi ilə bağlı texniki mühasibatlıq araşdırmalarına, o cümlədən yeni mühasibat uçotu prinsiplərinin tətbiqinə dəstək
- Maliyyə modellərinin və yeni hesabatların yaradılması, saxlanılması və ötürülməsi
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 25.09.23