Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə Vergilər üzrə Mütəxəssis tələb olunur.
Tələblər:
• Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil
• Vergilərlə bağlı əlaqədar sahə üzrə 4 ildən artıq iş təcrübəsi
• Azərbaycan və ingilis dillərini peşəsinin tələb etdiyi səviyyədə bilmək
• MS Office və MS Excel proqramları üzrə yüksək səviyyədə istifadə bacarığına malik olmaq
• SAP proqramı üzrə biliklər
Tələb olunan kompetensiyalar:
• Müştəriyönümlülük
• Davamlı inkişaf
• Bütövlük
• Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
Vəzifə və Öhdəliklər:
• Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
• Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
• Gəlir vergisi, ƏDV, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi.
• Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması
• Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi
• Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması.
• Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması.
• Təxirə salınmış vergilərin hesablanması
• Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi
• Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət.
• Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
Son Müraciət Tarixi: 27.11.20