Norm OJSC
İnzibati Xidmətlər üzrə Köməkçi
Son tarix 27 mar 2023 - [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi
Tələblər:
- Ali bakalavr təhsili
- Əlaqədar sahədə 1 il iş təcrübəsi
- Orta səviyyədə ingilis dili biliyi
- MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından orta səviyyədə istifadə bacarığı
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Şirkətə məxsus avtomobillərin və texnikaların yanacaqla təminatı, aylıq yanacaq hesabatının hazırlanması
- Yeməkxanada işçilərin yeməkdən sonra siyahısını hazırlayıb, hesablanıb nəzarət edilməsi
- Tələb olunan mallar üçün PR-ların yaradılması, rezervasiyaların, bildirişlərin açılması və idarə edilməsi
- Tələb olunan miqdarda zavod ərazisinə suyun sifarişi, ərazidə yığılan tullantıların daşınması
- Nəqliyyatın idarə edilməsi, sənədlərin çatdırılması və nəqliyyatla bağlı digər fəaliyyətlər
- Ofis ərazisinin təmizliyinin təşkili, binada və ərazidə sıradan çıxmış hissələrin sifarişi
- Sahə və parkinq xərclərinin idarə edilməsi, hesabatların hazırlanması
- Zavod ərazisindəki ofisə sifariş olunan malların siyahı ilə qəbul edib yoxlanması.
- Zavod ərazisində çalışan avtomobillərin ikihəftəlik yürüşlərinin yazılması.
- Avtomobillər üçün buraxılış kartlarının hazırlanması
- Xaricdən gələn qonaqların yerləşdirilməsi və onların təchizatı, daşınması
- Müvafiq dövri hesabat sənədlərinin hazırlanması
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
CV-lərin təqdim olunması üçün son tarix: 26.03.23