Norm OJSC
Təmir Planlaması üzrə Mühəndis
Son tarix 06 fev 2023 [email protected]
Tələblər:
- Mexanika, Sənaye və ya Elektrika,Elektronika mühəndisliyi üzrə ali təhsil
- Bu və ya oxşar sahədə (təmir planlaması) 1-3 il iş təcrübəsi
- İngilis dilinin ən azı orta səviyyədə biliyi
- MS Office, SAP, Ms Project, Primavera programlarından istifadə bacarığı
- Avadanlıqların iş prinsipini və hissələri barəsində məlumatlı olmaq
- Hesabat hazırlama bacarıqları
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Davamlı inkişaf
- Bütövlük
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
- Analitik düşüncə
Əsas vəzifə və öhdəliklər:
- Təhlükəsizlik, idarə etmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsinə görə cavabdehlik.
- Qeydiyyat kartlarının tərtib edilməsi, Şirkətin kataloqlarının, ehtiyyat hissələrin siyahılarının tərtibatı və yenilənməsi, Layihə üzrə dəyişikliklərin/modifikasiyaların tətbiqi, maşın və mexanizmlərin kartlarının tamamlanması, qurğu hissələrinin kartlarının, yoxlama kartlarının, yağlama və xidmət kartlarının, standart profilaktik təmir və qoruyucu yağlama kartlarının tərtibatı.
- Təmir şöbəsi üçün texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması, hissələrin təmininin təşkili, təchizatında iştirak etmək və standartlaşdırılmasını təmin etmək.
- İllik sifarişlərə daxil olmayan ayrı-ayrı tələblərin təmin edilməsi və prosedurların həyata keçirilməsi.
- Zavodda podratçıların vasitəsilə həyata keçiriləcək texniki təmir işlərinin təşkili.
- Avadanlıqların nasazlıqları üzündən baş vermiş dayanma hallarında avtomatlaşdırılmış texniki təmir və qüsurların araşdırılması ilə bağlı proqramların işlənib hazırlanması:
- Hər ay toplantıların, baş vermiş qəzalarla bağlı araşdırmaların təşkili
- Qəzaların təkrarlanması ilə bağlı toplantılarda qəbul olunmuş qərarlara uyğun zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi
- Təmir şöbəsinin arxivində avadanlıqların texniki ədəbiyyatlarının və cizgilərin arxivləşdirilməsi, çatışmayan cizgilərin əldə olunması, bununla bağlı işlərin əlaqələndirilməsi və təşkili.
- Texniki təmirin avtomatlaşdırılmasının təmin olunması, hər ayın sonunda istismar və qəzaların təhlili ilə bağlı aylıq hesabatların hazırlanması.
- Texniki təmir heyətinin aylıq hesabatlarla bağlı işində iştirak etmək.
- İllik büdcənin hazırlanması, izlənilməsi və illik texniki təmir xərclərinin tərtibi.
- Planlama bölməsi ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi, bölmənin işçilərin illik təlim ehtiyaclarının müəyyən edilməsi.
- Mövcud ilin büdcəsinə nəzarət və yeni ilin büdcəsinin tərtibi.
- Planlama bölməsinin heyətlərinin fəaliyyətini izləmək, xidmətlə bağlı zəruri təlimatlar vermək və işin təşkilini dəyişmək səlahiyyətləri.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 05.02.23