Norm OJSC
Daxili Audit üzrə Müdir
Son tarix 01 dek 2022 - [email protected]
İş yeri: Əsasən Qaradağda yerləşən zavod ofisi
Əlavə olaraq həftəiçi müəyyən günləri evdən və şəhər ofisindən işləmək imkanı var
Tələblər:
- İqtisadi sahədə (maliyyə, mühasibatlıq, audit və s. ) ali bakalavr təhsili;
- Əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Baş Mütəxəssis və ya Qrup Rəhbəri vəzifələrində iş təcrübəsi mütləqdir;
- Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
- MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzu olunandır;
- CİA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.
Tələb olunan kompetensiyalar:
- Müştəri yönümlülük;
- Analitik düşüncə, təşəbbüskarlıq;
- Dürüstlük, obyektivlik, qərar verə bilmə;
- Effektiv kommunikasiya, mübahisələrin idarə edilməsi;
- Vaxtın düzgün idarə edilməsi, stresə dözümlülük;
- Yenilikçilik və davamlı inkişaf;
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma.
Vəzifə və Öhdəliklər:
- İllik Audit Planına əsasən və ya plandan kənar həyata keçirilən audit layihələrinin aparılmasını təşkil etmək və qrup rəhbəri kimi məsul olmaq ;
- Daxili audit layihələrinin həyata keçirilməsi üzrə iş proqramını tərtib etmək və icrasına məsul olmaq;
- Daxili audit yoxlamalarının nəticələrinə dair işçi faylları, hesabatları və s. hazırlamaq;
- Yoxlanılan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək, rəy formalaşdırmaq və nöqsanların aradan qaldırılması istiqamətində praktik tövsiyyələr vermək;
- Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına cavabdeh olmaq;
- Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını qeyd etməklə göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 30.11.2022