Norm OJSC
Pərakəndə Marketinq və Əlaqələr üzrə Məmur
Son tarix 20 sen 2022 - [email protected]
İş yeri: Şəhər ofisi
Tələblər:
- Marketinq, reklam,biznesin idarə edilməsi kimi əlaqəli sahələr üzrə bakalavr dərəcəsi
- Əlaqədar sahə üzrə 3 il iş təcrübəsi
- İngilis dilinin yuxarı səviyyədə biliyi
- İctimaiyyətlə əlaqələr,tədbirlərin təşkili sahəsi üzrə biliklər
- Pres-relizlərin hazırlanması bacarığı
- Sosial medianın idarə edilməsi bacarıqları
- Bazar araşdırma üsulları və verilənlər bazası haqqında yaxşı biliklər
- MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Pərakəndə satış nöqtələri, sosial media və distributorlardan daxil olan məlumatları toplamaq və analiz etmək
- Distributor və korporativ müştərilərin gündəlik satışlarının çıxardılması, göndərilməsi və təqdim edilməsi
- Pərakəndə satış nöqtələrinin satış kampaniyaların analiz edilib tövsiyyələrin təqdim edilməsi
- İstehlakçı və müştəri davranışları, trendləri haqqında məlumat eldə etmək üçün marketinq araşdırlmalarının keçirilməsinin təskili
- Uyğun pərakəndə satış kanalları vasitəsilə hədəf auditoriyaya çatmaq üçün təşəbbüslər irəli sürmək və brendinq əməkdaşları ilə birgə kampaniyalar hazırlamaq
- Gələcək marketinq strateqiyaların formalaşdırmağa kömək etmək üçün (pərakəndə nöqələrin satış, digital medianın, brendinq və geri dönüşüm) nəticələrin əldə edilməsini təmin etmək və analizlərini hazırlamaq
- Bazar məlumatları, rəqib nəticələri, məhsul xüsusiyyətlərini, demoqrafik, coğrafi nəticələri və marketinq məlumatların əldə edilməsi üçün araşdırmaların keçirilməsi və məlumatların yığılması
- Bazar potensialını, müştəri üstünlüklərini, demoqrafik, alış vərdişlərini və ehtiyaclarını ilə bağlı olan faktorları aydınlaşdırmaq üçün məlumatların toplanması
- Satış kanallarını və müştəri ehtiyaclarını analiz etmək
- İnternet səhifəsi/facebook/bloq-un idarə olunması
- Yeni müştəri əldə etmək imkanlarını müəyyən etmək üçün satış və distribyutor satış marketinq qrupları ilə sıx əməkdaşlıq etmək
- Şirkətin veb saytında və sosial media hesablarında onlayn məzmun yaradılması və yerləşdirilməsi
- Marketinq və tanıtım materiallarının hazırlanmasında və yayılmasında brendinq əməkdaşlarına köməklik göstərmək
- Kütləvi informasiya vasitələrinin iştirakı ilə sosial tədbirlərin təşkili
- Bayram günləri ilə bağlı mediada təbriklərin dərc etdirilməsi, müştərilərin təbrik edilməsi və xüsusi günlərdə müştərilərə təbriklərin göndərilməsi
- Şirkətin fəaliyyəti və naliyyətləri haqda məqalələrin tərtib edilməsi və nəşri
- Müştərilərlə birbaşa ünsiyyət qurmaq və etibarlı əlaqələri təşviq edilməsi
- Rəhbərliyin təqdim etdiyi əlavə tapşırıqları icra etmək
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 19.09.22