Satınalma və Logistika üzrə Mütəxəssis
Son tarix 26 yan 2022 - [email protected]
İş yeri: Zavod ofisi
Tələblər:
-
İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi üzrə ali təhsil (Magistr dərəcəsinin olması üstünlükdür)
-
Təchizat sahəsində ən azı 3 il iş təcrübəsi
-
Rus və inglis dilinin orta səviyyədən yuxarı biliyi
-
MS Office komputer proqramı üzrə bacarıqlar
-
CIPS və ya buna bənzər sertifikatın olması
Tələb olunan kompetensiyalar:
-
Müştəriyönümlülük
-
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
-
Bütövlük
-
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
-
Satınalmanın təşkili: Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması, tədarükü və logistika əməliyyatlarının həyata keçirilməsi
-
Kateqoriyanın İdarəolunması prinsiplərinə müvafiq şəkildə kateqoriyalar üzrə danışıqlar aparmaq və müqavilələr bağlanmaq, mal-material və xidmətlər üzrə alış əməliyyatlarının və bu əməliyyatlarla bağlı digər müvafiq işlərin yerinə yetirilməsi
-
Müəyyən edilmiş hədəflərə nail olmaq üçün, sifarişçi və yaxud son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi, kateqoriya ilə bağlı il ərzində baş verən istənilən dəiyşilik və yenilənmələrə nəzarət edilməsi və adekvat tədbirlərin görülməsi
-
Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq Təsdiqlənmiş Təchizatçı Siyahısında mövcud olan və eləcə də bazar araşdırması zamanı müəyyən edilmiş alternativ təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi.
-
Kateqoriyanın İdarəolunması prinsiplərinə uyğun olaraq təchizatçıların ilkin və təkrar qiymətləndirilməsi prosesində iştrirak etmə
-
Təchizatçı siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi, yeni potensial Təchizatçıların araşdırılması, təchizatçıların ofis və sahələrinə səfərlər etməklə təchizatçıların qiymətləndirilməsi və satınalma şərtlərinin uyğunlaşdırılması, fərdi sifarişlər, həmçinin uzunmüddətli alışlar üçün alış qiyməti və şərtləri ilə bağlı təhlillərin aparılması və danışıqların həyata keçirilməsi, əsas və strateji təchizatçılarla kommersiya şərtlərinin razılaşdırılması.
-
Təchizatçı müqavilələrinə baxılması və lazım gələrsə müvafiq dəyişiliklərin edilməsi üçün təkliflərin hazırlanması
-
Təchizatçıların vaxtında satınalma sənədlərinin təhvil verilməsinə nəzarət etmək və bu sənədlərin maliyyə ayının vaxtında bağlanışı üçün Maliyyə şöbəsinə təhvil verilməsi
-
Təchizatçı performansının qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün rəylərin alınması, sorğularının keçirilməsi və tövsiyələrin verilməsi.
-
Müvafiq kateqoriyaya aid layihələrin müəyyən edilmiş zaman çərçivəsində və keyfiyyətlə icrası və idarə edilməsi.
-
Alış Tələbnamələrini vaxtlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
-
Lazım olduqda təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
-
Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması
-
Şirkətin adına xaricdən idxal olmuş bütün mal-materialların vaxtında və düzgün gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təmin etmək məqsədilə gömrük işlərini həyata keçirən şirkətlə əlaqələndirmə, tələb olunan sənədlərin təqdim edilməsi və rəsmiləşdirmə ilə əlaqədar digər tələb olunan hərəkətlərin yerinə yetirilməsi
-
Mallar göndərilmək üçün hazır olduqda təchizatçının təqdim etdiyi nəqliyyat sənədlərinin düzgünlüyünün yoxlanılması və təsdiqlənməsi
-
Gömrük rüsumları və idxal ƏDV-nin ödənilməsi üçün nəzərdə tutulan debit kartlarda daim idxal olunan malların gömrük rəsmiləşdirlməsi üçün tələb olunan vəsaitin olmasını təmin etmək məqsədilə gömrük brokeri və Maliyyə şöbəsi arasında əlaqələndirmə
-
Xaricdən alınan mal-materialların müvafiq şərtlərlə çatdırılması, idxal edilməsi üçün nəqliyyat firmaları ilə danışıqların aparılması, müqavilələrin bağlanması və logistika işinin təşkil edilməsi
-
Çatdırlmaların Şirkətin ehtiyaclarına uyğun əlaqələndirilməsi
-
Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
CV-lərin təqdim olunması üçün son tarix: 26.01.22