Norm OJSC
Satınalma üzrə Mütəxəssis (Buyer)
Son tarix 16 dek 2021
İş yeri: Zavod ofisi
Tələblər:
- İqtisadiyyat, idarəetmə və/yaxud maliyyə üzrə ali təhsil (Magistr dərəcəsi)
- Tədarükçülər şəbəkəsinin idarə olunması üzrə ən azı 1-3 il iş təcrübəsi
- Təchizat və logistika üzrə biliklər
- İnglis dilinin orta səviyyədən yuxarı biliyi
- MS Office komputer proqramı üzrə bacarıqlar
- CIPS sertifikasiyasının olması üstünlükdür
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Satınalmanın təşkili: Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması, tədarükü
- Kateqoriyanın İdarəolunması prinsiplərinə müvafiq şəkildə kateqoriyalar üzrə danışıqlar aparmaq və müqavilələr bağlanmaq, mal-material və xidmətlər üzrə alış əməliyyatlarının və bu əməliyyatlarla bağlı digər müvafiq işlərin yerinə yetirilməsi
- Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq Təsdiqlənmiş Təchizatçı Siyahısında mövcud olan və eləcə də bazar araşdırması zamanı müəyyən edilmiş alternativ təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi.
- Tələb olunan hallarda bazarda müxtəlif tədarükçüləri ziyarət etmək və alınan malların fiziki olaraq axtarışını həyata keçirib seçimini həyata keçirmək.
- Təchizatçıların vaxtında satınalma sənədlərinin təhvil verilməsinə nəzarət etmək və bu sənədlərin maliyyə ayının vaxtında bağlanışı üçün Maliyyə şöbəsinə təhvil verilməsi
- Alış Tələbnamələrini vaxtlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
- Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi
- Lazım olduqda və tələbə əsasən təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
- Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması
- Çatdırlmaların Şirkətin ehtiyaclarına uyğun əlaqələndirilməsi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
CV-lərin təqdim olunması üçün son tarix: 16.12.21