Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5,3 min ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə Mühasibatlıq üzrə Kargüzar tələb olunur.
İş yeri: Zavod ofisi
Tələblər:
• İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi.
• Mühasibatlıq üzrə sertifikat və ya diplomunun olması
• 1-2 il mühasibatlıq üzrə iş təcrübəsi və ya şirkət daxili maliyyə departamentində təcrübə
• Microsoft office üzrə orta səviyyədə, MS Excel üzrə yüksək səviyyədə istifadə səriştəsi
• İngilis dilini ən azı başlanğıc səviyyədə bilmək
• Analitik düşüncə qabiliyyəti
• Yumor hissinə malik olmaq
Tələb olunan kompetensiyalar:
• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik
• Komanda yönümlü olmaq
Əsas vəzifə və öhdəliklər:
• Hesab-fakturaların, Subpodratçıların və Tədarükcülərin Aralıq ödəniş hesablarının qəbul edilməsi, saxlanması və qeydiyyatı
• Hesab-fakturanın çeşidlənməsi, surətinin çıxarılması və paylanması
• Jurnalda qeydiyyatların aparılması və məlumatların tərtib edilməsi
• Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması və üzərində tarix möhürünün vurulması
• Jurnalda müvafiq qeydlərin aparılması
• Hesab-fakturaların icrası ilə bağlı tədarükcülərin telefon zənglərinin cavablandırılması
• Kreditor borclar ilə bağlı bütün məsələlərin müəyyən edilməsi, təhlili və idarəolunmasında kreditor hesablar üzrə mühasibə dəstək verilməsi
• Mühasibat sənədlərinin, daxili və kənar qurumlar, şöbələr və şəxslərlə yazışmalar və məlumat mübadiləsinin nəzərədən keçirilməsi və qeydiyyatı
• Müştəri ödənişlərinin qeydiyyata alınması və təşkili
• Müştəri müraciətlərinə baxılması və lazım gələrsə uyğunsuzluqların aradan qaldırılması
• Debitor borclar və müştəri xidmətləri ilə bağlı bütün məsələlərin müəyyən edilməsi, təhlili və olunmasında debitor hesablar üzrə mühasibə dəstək verir
• Ayın sonunda maliyyə hesabatının bağlanmasına dəstək
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
CV-lərin təqdim olunması üçün son tarix: 31.10.21