Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5,3 min ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə Vahid İdarəetmə Sistemi üzrə Mütəxəssis tələb olunur.
İş yeri: Qaradağ rayonu
Tələblər:
• Sənaye mühəndisliyi, standartlaşdırma və sertifikasiya və ya buna bənzər sahədən ali bakalavr təhsili
• Əlaqədar sahədə 3 il iş təcrübəsi
• Sərbəst ingilis dili biliyi
• MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı
• API SPEC Q1, ISO 9001, ISO 14001, ISO 45001 standartları haqda dərin biliklər
• Kök-səbəb analizinin metodları və aparılma qaydası üzrə biliklər
• İdarəetmə Sisteminə aid Risk və İmkanların idarəedilməsi metodları üzrə biliklər
• Biznesin Davamiyyətinin Təmin Edilməsi üzrə biliklər
• Sement istehsalı ilə bağlı təməl texniki biliklərin olması arzu olunandır
Tələb olunan kompetensiyalar:
• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
• Bütün idarəetmə sistemlərinin (Keyfiyyət, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) API SPEC Q1, ISO 9001, ISO 14001, ISO 45001 və EN 197-2 standardlarına, qanunvericilik və müştəri tələblərinə, Norm ASC-nin əsas keyfiyyət hədəfləri və strategiyasına uyğun olaraq yaradılması, tətbiq edilməsi və təkmilləşdirilməsində, Şirkətin KSƏTƏM Siyasətini hazırlanmasında və davamlı inkişaf fəaliyyətlərinin həyata keçirilməsi
• VİS Sənədlərinin API Standardına uyğunlaşdırılması, yeni sənədlərin hazırlanması və standardın şirkətdə tətbiq edilməsi, işçilərə bununla bağlı təlim keçmək.
• Vahid İdarəetmə Sistemi Sənədlərinin və Qeydlərinin API SPEC Q1, ISO 9001, ISO 14001, ISO 45001 və EN 197-2 standartlarına, qanunvericilik və müştəri tələblərinə, Şirkət Prosedurlarına uyğun olaraq hazırlanması, saxlanması, yayımlanmasını, ehtiyac yarandıqda çap nüsxələri təmin etmək, prosesə uyğunluğunu nəzarətdə saxlamaq
• API SPEC Q1, ISO 9001, ISO 14001, ISO 45001 standartının Şirkətdə tətbiq edilməsinə nəzarət, bu məqsədlə Audit Proseduruna uyğun olaraq audit planlarının hazırlanması, mütəmadi auditlərin keçirilməsi, audit hesabatlarının hazırlanması, API və ISO Daxili və Xarici Auditi nəticəsində aşkarlanan uyğunsuzluqların araşdırılması, aradan qaldırılmaları üçün islahedici tədbirlərin planlaşdırılması və təqib edilməsi.
• Vahid İdarəetmə Sistemində meydana çıxan və ya çıxa biləcək uyğunsuzluqları qeydə almaq, uyğunsuzluqların kök səbəblərinin təyini, həmçinin islahedici /qabaqlayıcı tədbirlərin planlaşdırılmasını təqib etmək, VİS performansı haqqında öz Müdirinə Hesabat vermək.
• Rəhbərliyin İcmal İclaslarına Prosedurda qeyd edilən hesabatların hazırlanmasında VİS və SƏTƏM üzrə Müdirdən, həmçinin digər şöbələrdən daxil olan sorğuların cavablandırılması. İclas Qeydlərini hazırlamaq və rəhbərliyə təqdim etmək, qəbul edilən qərarlar və tədbirləri təqib etmək
• Vahid İdarəetmə Sisteminin təkmilləşdirilməsi üçün təkliflər vermək
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
CV-lərin təqdim olunması üçün son tarix: 18.08.2021