Norm OJSC
Monipulyatorlu yük avtomobili sürücüsü
Son tarix 30 avq 2025 - [email protected]
İş yeri: Bakı şəh, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1
Tələblər:
- Sürücü kimi 3 ildən artıq iş təcrübəsi;
- B,C,E kateqoriyaları üzrə sürücülük vəsiqəsi (E kateqoriyası 3 ildən az olmayaraq);
- İstifadə etdiyi monipulyator (kranlı) nəqliyyat vasitəsinin istismarı üzrə təlimatları, qüvvədə olan yol hərəkəti qaydalarının tələbləri haqqında biliklər;
- Kran sertifikatı üstünlükdür.
Vəzifə və Öhdəliklər:
- Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, manipulyator (kranlı) nəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
- Manipulyator (kranlı) nəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
- Manipulyator (kranlı) nəqliyyat vasitəsinin işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
- Manipulyator (kranlı) nəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
- İstifadə etdiyi manipulyator (kranlı) nəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
- İstifadə etdiyi manipulyator (kranlı) nəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
- Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış manipulyator (kranlı) nəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
- İstifadə etdiyi manipulyator (kranlı) nəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
- İstifadə etdiyi manipulyator (kranlı) nəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək; nəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq;
- İstifadə etdiyi manipulyator (kranlı) nəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;
- İstifadə etdiyi manipulyator (kranlı) nəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək;
- İstifadə etdiyi manipulyator (kranlı) nəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək;
- Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək;
- Yanacaq, yağ və hidravlik maye daxil olmaqla maye səviyyələrini yoxlamaq və lazım olduqda mexanikə xəbər vermək;
- Düzgün işləməsini təmin etmək üçün bütün idarəetmə vasitələri, əyləclər, işıqlar, siqnal və digər təhlükəsizlik xüsusiyyətlərini yoxlamaq;
- Qaldırmadan əvvəl yükün ağırlığını və dayanıqlığını qiymətləndirmək, onun monipulyator (kranlı) nəqliyyat vasitəsinin nominal gücü daxilində olduğundan və çəngəllərdə düzgün balanslaşdırılmış olduğundan əmin olmaq;
- Müxtəlif növ yüklər üçün palet çəngəlləri və ya sıxaclar kimi müvafiq əlavələrdən istifadə etmək;
- Yükü rəvan şəkildə qaldırmalı və əyilmə və ya yerdəyişmənin qarşısını almaq üçün qəfil hərəkətlər etməməli;
- Sabitliyi və görmə qabiliyyətini qorumaq üçün səyahət edərkən yükü aşağı və arxaya əyilmiş saxlamalı;
- İş sahəsi daxilində qeyd olunmuş bütün sürət həddi və yol nişanlarına əməl etməli;
- Monipulyator (kranlı) nəqliyyat vasitəsinin sürücüsü müəssisənin daxili qaydalarına, nəqliyyat vasitəsinin idarəetmə təlimatının tələblərinə və təhlükəsizlik qaydalarına riayət etməlidir.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Elektrik
Son tarix 29 avq 2025 - [email protected]
Hazırda şirkətimizə Elektrik vakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)
Tələblər:
- Orta texniki təhsil;
- Elektrik paylayıcı sistem və enerji cihazları;
- Elektrik qoruyucuları;
- Elektrik və Elektronik avadanlıqların iş prinsipi;
- Mexaniki avadanlıqların təmiri;
- Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
- Ünsiyyət.
Vəzifə və Öhdəliklər:
- Sistemin fasiləsiz işini təmin etmək üçün elektriklə bağlı problemlərin həll edilməsi;
- Elektrik mühərriklərinin, transformatorların, generatorların, dövrələrin, naqillərin və digər elektrik avadanlıqlarının və komponentlərinin elektrik qurğuları üzrə qaydalara, normalara və standartlara uyğun quraşdırılması və təmiri;
- Elektriklə bağlı nasazlıqların yerini və növünü müəyyən etmək üçün elektrik sınaq avadanlıqlarının istismarı;
- Təmir və yaxud montaj işlərinə tələbatı müəyyən etmək üçün planların, cizgilərin, spesifikasiyaların və iş tapşırıqlarının araşdırılması;
- Hər hansı nasazlıqlar barədə birbaşa rəhbərə məlumat verilməsi;
- Şirkətdə və sənayedə qəbul olunmuş SƏTƏM prosedurlarına riayət edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan ünvanına göndərməyiniz xahiş olunur.
Admin operator
Son tarix 29 avq 2025 - [email protected]
Hazırda şirkətimizvakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Balaxanıda yerləşən Beton zavodu
Tələblər:
- Orta təhsil;
- Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Davamlı inkişaf;
- Keyfiyyət yönümlülük,
- Bütövlük.
Vəzifə və Öhdəliklər:
- Zavodda ümumi ərazilərin, yeməkxananın, ofislərin və yaşayış binalarının təmizlənməsi və səliqəli saxlanılması
- Zibil qutularını müntəzəm olaraq boşaltmaq və tullantıların düzgün idarə olunmasını təmin etmək;
- Elektrik, su və digər mühəndis kommunikasiyalarında kiçik nasazlıqların aradan qaldırılmasına dəstək vermək və lazımi hallarda texniki heyətə məlumat vermək;
- Sadə təmir işlərinə (məsələn, qapıların düzəldilməsi, boruların sızmasının qarşısını almaq, ampüllərin dəyişdirilməsi) kömək etmək;
- Təmir, təchizat və digər məqsədlər üçün materialların daşınması, anbarlanması və paylanması;
- Düşərgədə zibillərin toplanması və müəyyən olunmuş yerlərə daşınması;
- Gələn təchizatların boşaldılması, saxlanılması və lazım olan bölmələrə çatdırılması;
- Düşərgədə iş zamanı təhlükəsizlik və sağlamlıq qaydalarına riayət etmək, fövqəladə hallar zamanı prosedurları yerinə yetirmək;
- İş prosesində istifadə olunan alət və avadanlıqların təmiz saxlanılması və qaydalara uyğun istifadəsi;
- Mümkün lazım olan digər köməkçi işlərdə iştirak etmək;
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq müxtəlif əlavə işlərin görülməsi.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.