Norm OJSC
İstehsalat hesabatları üzrə kiçik mütəxəssis
Son tarix 23 avq 2025 - [email protected]
Hazırda şirkətimizə İstehsalat hesabatları üzrə kiçik mütəxəssis tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- Ali bakalavr təhsili
- İngilis dili biliyi
- Güclü analitik düşüncə
- Yükəsk səviyyədə MS Excel biliyi
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- İstehsal və istehlak göstəriciləri üzrə günlük, aylıq və illik hesabatların hazırlanması
- İstehsalat büdcə planı ilə reallaşan iş arasında fərqlər barədə açıqlamaların hazırlanması
- SAP məlumat bazasına istehsal və istismar olunan malların, həmçinin yanacaq və elektrik enerji sərfiyyatı və digər fiziki parametrlərin daxil edilməsi
- Aylıq Texniki Performans iclasının təşkil edilməsi və istehsalat şöbəsinə aid təqdimatın hazırlanması
- SAP məlumatlar bazasındə tələb olunan sifarişlərin yaradılması
- İstehsal prosesindəki dayanmaların qeydiyyatı, səbəbinin araşdırılması və son hesabatın hazırlanması
- İstehsalat şöbəsinin büdcəsinə daxil ediləcək məlumatların xərc kateqoriyası (əməliyyat və ya kapital) üzrə ayrılması və hesabatın hazırlanması
- İstehsal mallarının SAP məlumat bazasında anbarındakı miqdarına nəzarət edilməsi
- Podratçı şirkətlərdə fəaliyyət göstərən işçilərlə əlaqədar hesabatın tərtibi
- Təmizlik şirkətinə aid işçilərin aylıq davamiyyətinin izlənilməsi və müvafiq hesabatın tərtibi
- Hesabat sənədlərinin müvafiq qovluqda toplanması
- APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin istifadəsi
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
Biz nə təklif edirik:
- Korporativ tibbi sığorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Unikal imtiyazlar paketi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
İnformasiya Texnologiyaları üzrə mütəxəssis
Son tarix 31 iyl 2025 - - [email protected]
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- İnformasiya Texnologiyaları sahəsində ali bakalavr təhsili
- Microsoft Windows Server 2012, 2019 və CentOS/Redhat əməliyyat sistemləri ilə iş təcrübəsi
- Active Directory, Group Policy, DNS, DHCP, File sistemləri ilə iş təcrübəsi.
- Microsoft Exhcange Server ilə iş təcrübəsi
- Virtuallaşdırma (Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində iş təcrübəsi
- Bulud texnologiyaları üzrə (Microsoft Entra ID və MS Office 365) biliklər və iş təcrübəsi
- Palo Alto, FortiGate kimi yeni nəsil firewall texnologiyaları ilə iş təcrübəsi
- Veeam və Symantec DLO backup sistemləri ilə iş təcrübəsi
- NAS/SAN şəbəkə saxlama sistemləri ilə təcrübə
- Cisco şəbəkə avadanlıqları ilə iş təcrübəsi
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- İT sistemlərlə bağlı daxili sorğuların qəbul edilməsi, identifikasiyası, tipinə görə müəyyən etmək
- İşçi stansiyalarda yaranan problemlərin ilkin olaraq aradan qaldırılmasına dəstək
- Texniki sualların cavablandırılması və istifadəçilərə dəstək
- Service Desk sistemindəki müvafiq sorğuları vaxtında icra etmək
- Şirkətin informasiya infrastrukturunun aydın və səmərəli işləməsini təmin etmək
- Şirkətin kompüter, server və şəbəkə avadanlığının əməliyyat sistemlərini quraşdırmaq, konfiqurasiya etmək və işlək vəziyyətdə saxlanmasını təmin etmək
- Şirkətin kompüter və server avadanlıqlarında istifadə olunan ümumi təyinatlı proqram təminatının işlək vəziyyətdə saxlanmasını və onun dövri yenilənməsini təmin etmək
- Şirkətin kompüter istifadəçilərinə ümumi təyinatlı proqram təminatı, kompüter və ofis avadanlığı üzrə texniki dəstəyi təşkil və təmin etmək
- Şirkətin fəaliyyəti üçün alınacaq kompüter, server və şəbəkə avadanlıqlarının və onların proqram təminatının parametrlərini müəyyən etmək və texniki tələblərin müəyyən olunmasını həyata keçirmək
- Şirkətin korporativ poçt, fayl, verilənlər bazası və digər server sistemlərində yaranan problemlərin aradan qaldırılmasını və inzibatçılığını təmin etmək
- Şirkətin firewall təhlükəsizlik avadanlıqlarında, şəbəkə saxlama, antivirus və antispam sistemlərində yaranan problemlərin aradan qaldırılmasını və inzibatçılığını təmin etmək
- Şirkətin serverlərinin ehtiyat nüsxələrinin yaradılmasını və sistemin məhsuldarlığının monitorinqi həyata keçirmək
- Şirkətin informasiya sisteminin dayanıqlığını artırmaq üçün təkliflər hazırlayır, müəssisənin informasiya infrastrukturunun və informasiya xidmətlərinin inkişafı strategiyasının hazırlanmasında iştirak etmək
- API SPEC Q1, ISO 9001, 14001, 45001 və ISO 50001 standartlarına uyğun sənədləri tətbiq etmək
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
- Korporativ tibbi sığorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Unikal imtiyazlar paketi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.