Norm OJSC
Sement və beton məhsulları üzrə kiçik satış təmsilçisi
Son tarix 10 mar 2026 - [email protected]
Hazırda şirkətimizə Sement və beton məhsulları üzrə kiçik satış təmsilçisi tələb olunur.
İş yeri: Baku Bay Tower, 8 November Avenue
Tələblər:
- İqtisadiyyat, Menecment və ya Marketinq üzrə ali təhsil
- 2 ili sahə üzrə olmaqla, ümumi 3 il iş təcrübəsi
- İngilis dili biliyi
- MS Office proqramlarında işləmək bacarığı
- Sement və beton istehsalı üzrə texniki biliklər
- Bazarın təhlili və araşdırılması üzrə təcrübə
- Əsas məliyyə göstəriciləri və əmsalları barədə dərin biliklər
- Sənaye standartları haqqında məlumatlılıq
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Sement və beton sahəsində korporativ müştərilər, satıcılarla davamlı əlaqələrin qurulması;
- Müştəri fəaliyyətinin, müqavilələrin və kredit risklərinin izlənməsi;
- Sement və beton bazarına dair araşdırmaların aparılması və hesabatların təqdim edilməsi;
- Mövcud və potensial müştərilərə yeni sement və beton məhsulları haqqında məlumatların çatdırılması;
- Müştəri məmnuniyyəti və məhsul keyfiyyəti ilə bağlı geribildirimlərin toplanması;
- Yeni müştərilərin və əməkdaşların cəlb olunması yolu ilə satış şəbəkəsinin genişləndirilməsi;
- Şirkətin strateji məqsədləri və nailiyyətləri barədə məlumatların müştərilərə ötürülməsi;
- Müştəri şikayətlərinin TMS Pro sisteminə vaxtında daxil edilməsi;
- Gündəlik hesabatların hazırlanması və rəhbərlikə təqdim olunması;
- SAP sisteminə müştərilərin sifarışlərinin yazəlması və izlənilməsi;
- Excel, Power Point, Word Office proqramlarında hesabat və təqdimat edilməsi;
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
- Könüllü tibbi siğorta
- Nəqliyyat
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.












