Norm OJSC
Yükləyici
Son tarix 04 fev 2025 - [email protected]
İş yeri: Bakı və Qarabağ(Əsgəran) zavodları
Tələblər:
- Orta texniki təhsil;
- Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- B, C, E kateqoriyaları üzrə sürücülük vəsiqəsi;
- Müştəriyönümlülük;
- Davamlı inkişaf;
- Keyfiyyət yönümlülük,
- Bütövlük.
Vəzifə və Öhdəliklər:
- Yükləyici ilə daş-çınqıl, qum və digər materialları təyin olunmuş ərazilərə yükləmək, boşaltmaq və nəqliyyat vasitələrinə yükləmək;
- Yükləyicinin bütün funksiyalarını düzgün istifadə edərək təhlükəsiz şəkildə idarə etmək, maşının performansını artırmaq üçün lazımi bacarıqları tətbiq etmək;
- İş zamanı şəxsi və ətrafdakıların təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik qaydalarına riayət etmək, qoruyucu geyim və avadanlıqlardan istifadə etmək;
- Yükləyicinin gündəlik texniki baxışını aparmaq, yağlama, su, yanacaq səviyyələrini yoxlamaq və hər hansı nasazlıq aşkar edildikdə rəhbərliyə bildirmək;
- Yük maşını istifadə edərkən təhlükəsizlik qaydalarına riayət etmək, qoruyucu avadanlıqların istifadəsini təmin etmək;
- Yüklənəcək ərazini hazırlamaq, lazımi sahələri təmizləmək və materialların rahat şəkildə yığılmasına imkan yaratmaq;
- Yüklənən materialın miqdarı və keyfiyyəti ilə bağlı nəzarəti təmin etmək, materialların düzgün ölçülərə uyğun yüklənməsini həyata keçirmək;
- Yükləyicinin gündəlik texniki baxışını aparmaq, yağlama, su, yanacaq səviyyələrini yoxlamaq və hər hansı nasazlıq aşkar edildikdə rəhbərliyə bildirmək;
- Fövqəladə hallarda (qəza, texniki nasazlıq və s.) operativ tədbirlər görmək və təhlükəsizlik planlarına uyğun davranmaq;
- Yükləmə və boşaltma proseslərini izləmək, lazım gəldikdə iş yükünü tənzimləmək və istehsal göstəricilərini qorumaq;
- Hasil edilən materialların miqdarını, yüklənməsini və boşaldılmasını qeydə almaq üçün müvafiq sənədləri düzgün doldurmaq;
- Digər operatorlar, sürücülər və sahə rəhbərliyi ilə müntəzəm əlaqədə olmaq, işlərin koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etmək;
- Yükləyici ilə iş görərkən yol boyunca olan maneələri (daş, qoz, bitkilər və s.) vaxtında aradan qaldırmaq;
- Yükləmə və boşaltma işlərini səmərəli şəkildə icra edərək iş proseslərini sürətləndirmək və məhsuldarlığı artırmaq;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Tərəzi operatoru
Son tarix 04 fev 2025 - [email protected]
İş yeri: Bakı və Qarabağ(Əsgəran) zavodları
Tələblər:
- Ali və ya orta texniki təhsil;
- Növbəli iş rejimi, əlavə iş saatları;
- Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Davamlı inkişaf;
- Keyfiyyət yönümlülük,
- Bütövlük.
Vəzifə və Öhdəliklər:
- Tərəzi Operatoru, dispetçer və betonun daşınması və nəqli (pompalanması) ilə bağlı nəqliyyat eksperti tərəfindən verilən təlimatlara və göstərişlərə əməl etməli;
- Verilmiş qaydada, müştərilərə betonun buraxılışını və doldurucuların qəbulunu təmin etməli, müvafiq sənədləşməni aparmalı;
- Gündəlik buraxılmış doldurucu miqdarı, sənədləşmiş avtomaşınlar haqqında hesabat tərtib edərək Növbə Dispetçerinə təhvil verməli və jurnalda qeydiyyat aparmalı;
- Müştəriləri onlara ayrılan betonun miqdarı və sıra növbəsi kimi məlumatla təmin etməli;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək;
- Fəaliyyət göstərən texnikadan səmərəli istifadə edilməsinə və onların tələb olunan qaydada saxlanmasına nəzarət etməli;
- Dispetçer olmadığı müddətdə telefon zənglərinə cavab verməli, müştərilərə, nəqliyyat şirkətlərinə lazım olan məlumatları verməli;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməli;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.