Norm OJSC
Beton Zavodu Müdiri
Son tarix 07 sen 2024 - [email protected]
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5,3 min ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə Beton Zavodu Müdiri tələb olunur.
Vəzifənin məqsədi: Bu vəzifənin əsas məsuliyyəti istehsal standartları və təhlili, keyfiyyətə nəzarət, xammalın planlaşdırılması, satış planı əsasında istehsalın təşkili, avadanlıq və inventar nəzarəti, texniki xidmət, kadrların idarə edilməsi, SƏTƏM və ətraf mühitə uyğunluq daxil olmaqla zavodun istehsal əməliyyatlarının bütün aspektlərinə nəzarət etməkdir.
Tələblər:
- Biznesin idarə edilməsi, mühəndislik və ya müvafiq əlaqədar sahə üzrə magistr təhsili
- Ən az 2 il rəhbər vəzifədə olmaqla, tikinti materialları sənayesində 5 ildən çox təcrübə
- İngilis və azərbaycan dillərini yüksək səviyyədə bilmək; Rus dilləri biliyi üstünlükdür
- Güclü strateji liderlik və biznesin inkişafına nail olmaq bacarıqları
- Yüksək səviyyədə maliyyə bilikləri və büdcə idarəetmə bacarığı və təcrübəsi
- Data əsaslı qərarların qəbulu üçün analitik düşüncə
- Hazır beton qarışığı istehsalı, əlaqədar avadanlıqların idarə edilməsi ilə bağlı texniki biliklərin olması
- Tənzimləyici normativləri nəzərə almaq və uyğunluq təmin etmək bacarığı.
Əsas vəzifə və öhdəliklər:
- İstehsaldan tutmuş daşınmaya qədər istehsalın bütün sahələrində ən yüksək keyfiyyət və təhlükəsizlik standartlarının qorunması
- İstehsal və planlaşdırma ilə bağlı zavod əməliyyatlarına səmərəli nəzarətin təşkil edilməsi
- İstehsalda texniki xidmətin qrafiki və icrasının idarə edilməsi
- Zavodun müvafiq ehtiyatlarının (xammal, avadanlıq/nəqliyyat hissələri və s.) saxlanmasını təmin etmək
- Şirkət siyasətinə uyğun olaraq işçilərin işə götürülməsi, müvafiq təlimlərin təşkili, istiqamətləndirilməsi, məsləhətlərin verilməsi və məsuliyyətlərin bölgüsü
- Avadanlıqların texniki xidmətlərinin yük maşını təchizatçıları ilə dəyərləndirilməsi
- Ay sonu inventarının həyata keçirilməsi
- Şirkət avtomobillərini təhlükəsizlik, etibarlılıq və uzunömürlülük üçün yaxşı vəziyyətdə saxlamaqla parkın texniki xidmətini təmin edilməsi
- Xammal inventarını və digər zəruri ləvazimatlarını təmin etmək
- Gündəlik, həftəlik, aylıq olaraq tələb olunan dövri hesabatları hazırlamaq
- Təhlükəsizlik görüşlərinin keçirilməsi
- Hazır məhsulun keyfiyyətini təmin etmək üçün keyfiyyətə nəzarət planının tətbiqinə nəzarət edilməsi
- Şirkətin aktivlərini yaxşı vəziyyətdə saxlamaq
- Avadanlıqlara texniki qulluq işlərinin yerinə yetirilməsinə dəstək vermək
- Müəyyən edilmiş büdcə çərçivəsində zavodun idarə edilməsi
- Müştərinin xüsusi ehtiyaclarınə nəzərə alaraq düzgün qarışıq dizaynı üçün sistemdəki sifarişləri nəzərdən keçirmək
- Müştərilərə üstün xidmət göstərmək üçün lazımi resursların, personalın və yük maşınlarının mövcudluğunu təmin etmək və bütün əməliyyat işçiləri ilə effektiv əlaqə saxlamaq
- Əlaqədar tərəflərlə sıx əməkdaşlığın təmin edilməsi (memarlar, universitetlər, institutlar, rəsmi qurumlar, müstəqil laboratoriyalar)
- Məhsulun keyfiyyətinin monitorinqi, əlaqədar hesabatların hazırlanması və iclasların keçirilməsi, keyfiyyət dəyişikliklərinin təhlili və Məhsulların və texniki xidmətin portfoliosunun bazar tələbatlarına uyğun olaraq təkmilləşdirilməsinə görə cavabdehlik
- Maliyyə hədəflərinə uyğun olaraq keyfiyyətə nəzarət tələblərinin qiymətləndirilməsi; illik büdcənin hazırlanması; xərclərin planlaşdırması; dəyişikliklərin analizi
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.
- Müştərilərə məhsulların və həll yollarının təqdim edilməsi
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar
- Müştəri şikayətlərinə həll yollarının verilməsini təmin etmək
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 06.09.2024