Norm OJSC
Kreditor Hesablar üzrə Mühasib/Kiçik Mühasib
Son tarix 26 dek 2023 - [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində və şəhər ofisində yerinə yetirmək imkanı var)
Tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
- Əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərini ixtisasın tələb etdiyi səviyyədə bilmək;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
- CIMA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.
- Analitik düşüncə;
- Effektiv kommunikasiya bacarığı;
Vəzifə və Öhdəliklər:
- Bütün tədarükçü qurumların hesab-fakturalarının qəbulu, hesab-fakturaların tam və dəqiq olmasının yoxlanması, tələb olunan bütün sənədlərin hesab-fakturalarla uyğunluğunun təmin edilməsi
- Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması və üzərinə tarix möhürünün vurulması
- Tələb olunan bütün daxili imzaların və təsdiqlərin alınması
- Ödənişlərin vaxtında həyata keçirilməsinin təmin edilməsi
- Tamamlanmış hesab-fakturalar üzrə mühasibat qeydlərinin SAP proqramına daxil edilməsi
- Tədarükçülərlə yarımillik və illik razılaşmaların əldə edilməsi
- Hesab-fakturaların qeydiyyata alınması və ehtiyat nüsxələrinin saxlanması
- Hesab-fakturaların icrası ilə bağlı tədarükçülərin telefon zənglərinin cavablandırılması
- İşçilərlə bağlı bütün xərc hesabatlarının əlaqələndirilməsi və xərclərlə bağlı təsdiqlənmiş sənədlərin icrası
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 25.12.23