ND Company
Tender üzrə mütəxəssis
Son tarix 29 apr 2024 - [email protected]
Yerinə yetirəcəyi işlər:
- Dövlət satınalmaları və özəl sektorda tender üzrə elanları daimi izləmək, həmin satınalamalar barədə rəhbərliyə daimi məlumat hazırlamaq;
- Tenderin Əsas Şərtlər Toplusunun hazırlanması/nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
- Tender sənədlərinin hazırlanması üçün cəmiyyətin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərilməsi;
- Tender və kotirovka üçün forma blanklarının doldurulması və düzgünlüyünün izlənilməsi;
- Tenderdə iştirak edilməsi üçün cəmiyyətin imkanlarının və ya tenderi qazandıqda cəmiyyətin təxmin edilən gəlirlərin analiz edilməsində iştirak edilməsi, sifarişin və eləcə də digər tender sənədlərinin hazırlanması və təqdim olunması;
- Hazır sənədləri elektron satınalma portalına daxil etmək;
- Tender və kotirovkalarda iştirak etmək üçün etibarlı təchizatçılar bazasının yaradılması;
- Tenderlər zamanı şirkəti təmsil etmək;
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət
- Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqların aparılması;
- Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi;
Tələblər:
Biliklər
- Satınalma və tender prosesi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reysterin hazırlanması bacarıqları;
- Danışıqları aparmağı, bazar araşdırılması etməyi bacarmaq;
- İnşaat norma və qaydalarını bilməsi;
- Təşkilat və onun missiyasına yüksək sadiqlik;
- Müstəqil işləmək bacarığı, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı;
- İqtisadiyyat üzrə bakalavr dərəcəsi
- Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
- Azərbaycan dili (əla), inigilis və rus dillərini yaxşı səviyyədə
- Microsoft Office (yaxşı),
İş şəraiti:
- İş rejimi: 5 günlük, 09:00-18:00
- Əmək haqqı: müsahibə nəticəsində müəyyən olunacaq.
- İşçi nahar, telefon danışığı təmin edilir.
CV-ləri “Tender üzrə mütəxəssis” başlığı ilə göndərməyiniz xahiş olunur.