NBCO KredAqro
Daxili Nəzarət Şöbəsinin Rəhbəri
Son tarix 19 yan 2026 - [email protected]
“KredAqro” BOKT MMC Daxili Nəzarət Şöbəsinin Rəhbəri vakansiyasına işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının qanunvericiliyinə (AML/CFT, sanksiyalar, ödəniş xidmətləri) və şirkətin daxili prosedurlarına riayət olunmasına nəzarət;
- Əməliyyatların monitorinqi, müştəri yoxlamasının (CDD) aparılması, Maliyyə Monitorinqi Xidmətinə hesabatların hazırlanması və təqdim edilməsi, tənzimləyici orqanlarla qarşılıqlı əlaqə;
- Daxili normativ sənədlərin (siyasətlər, qaydalar, prosedurlar) hazırlanması və yenilənməsi;
- Müntəzəm daxili yoxlamaların və illik daxili auditin aparılması;
- Daxili risklərin müəyyən edilməsi və qiymətləndirilməsi, düzəldici tədbirlərin icrasına nəzarət;
- İdarəetmə orqanları və dövlət qurumları üçün hesabat və materialların hazırlanması;
- Daxili nəzarət və AML/CFT mövzularında əməkdaşların təlimatlandırılması;
- Maliyyə Monitorinqi Şöbəsinin rəhbərinin müavini funksiyalarının icrası (olmadığı hallarda).
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, maliyyə, hüquq, idarəetmə);
- Fintex və ya ödəniş təşkilatında daxili nəzarət/komplayens sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən ən azı 2 il rəhbər vəzifədə;
- AML/CFT, ödəniş xidmətləri, sanksiyalar və valyuta tənzimlənməsi üzrə qanunvericiliyin biliyi;
- Tənzimləyici qurumlar və xarici auditorlarla iş təcrübəsi;
- Rus dili biliyi mütləqdir.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Daxili Nəzarət Şöbəsinin Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur.











