NBCO KredAqro
İnzibati işçi (Bakı)
Son tarix 07 mar 2025 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- "KredAqro" BOKT MMC-nin Baş Ofisində kargüzarlıq işinin aparılması;
- Təşkilat adından göndərilən və daxil olan rəsmi məktubların hazırlanmasının, qeydiyyatının aparılmasının və aidiyyatı işçilərə çatdırılmasının həyata keçirilməsi;
- Təşkilatın işçiləri üçün etibarnamələrin hazırlanması və rəsmi portalda qeydiyyata salınması;
- Təşkilatın fəaliyyəti ilə bağlı müvafiq müqavilələrin elektron reyestrinin aparılması və qoruyub saxlanılması;
- İclas protokollarının tərtib edilməsi;
- "KredAqro" BOKT MMC-nin fəaliyyəti ilə bağlı rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək);
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı, gülərüz sima;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
İş şəraiti:
- İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
- Əmək haqqı təcrübədən asılı olaraq 500-600 manat gross.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron poçt ünvanına Subject/Mövzu hissəsində “İnzibati işçi” qeyd etməklə göndərmələri xahiş olunur.