Vakansiya: Pərakəndə satış və müştəri xidmətləri
Vakansiya haqqında:
Funksiya: B2C Satış
İş qrafiki: Standart
İş yeri: Bakı
Son müraciət tarixi: 25.01.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Region ərazisi üzrə diler, sub-diler satış nöqtələrinin fəaliyyətini idarə etmək
- Diler, sub-diler satış nöqtələrində satış prosedurlarına nəzarət etmək və onları təkmilləşdirmək
- Diler, sub-diler satış nöqtələrinin şirkət standartlarına uyğun olmasını təmin etmək
- Rəhbərlik tərəfindən təyin olunmuş hədəfləri yerinə yetirmək və müvafiq hesabatlar hazırlamaq
- Yeni satış nöqtələrini araşdırmaq və mövcud satış kanallarını inkişaf etdirmək
- Region ərazisi üzrə diler, sub-diler şəbəkəsini genişləndirmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali Təhsil
- Pərakəndə satış sahəsində ən azı 3 il iş təcrübəsi
- Komanda idarəetmə üzrə 2 illik iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Müştəri yönümlü
- Komanda işi və Əməkdaşlıq
- Nəticə yönümlü
- Davamlı inkişaf
- Ünsiyyət və danışıq bacarığı
- Problem həll etmə bacarığı
- Özünə güvən
- Təqdimat bacarığı
- Güclü təşkilatı bacarıqlar
- Sürücülük vəsiqəsi: B kateqoriya
- Azərbaycan (səlis), İngilis (yaxşı) və Rus (yaxşı) dillərini bilmək
- MS Office proqramlarını bilmək
Mövzu hissəsində ‘’Region üzrə pərakəndə satış meneceri’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Namizədlər CV-ni [email protected] email adresinə göndərə bilərlər