My Group Holding MMC
Aparıcı mühasib
Son tarix 27 fev 2026 - [email protected]
Vəzifələr və məsuliyyətlər:
- Müəssisənin maliyyə əməliyyatlarını və bütün gəlir və xərcləri mühasibat sistemində düzgün qeydə almalıdır.
- Maliyyə hesabatlarının hazırlanması üçün lazımi məlumatların toplanması və sistematlaşdırılması.
- Mühasibat uçotu və hesabatların aparılmasında beynəlxalq və yerli qanunvericiliyə uyğunluğun təmin edilməsi.
- Vergi öhdəliklərinin düzgün və vaxtında hesablanması, bəyannamələrin hazırlanması və təqdim edilməsi.
- Vergi ödəmələrinin izlənilməsi və vergi auditlərinin həyata keçirilməsi.
- Vergi qanunvericiliyi və dəyişikliklər barədə məlumatlı olmaq və müəssisəni bu sahədə düzgün istiqamətləndirmək.
- Müəssisənin maliyyə vəziyyətini əks etdirən hesabatların hazırlanması üçün mühasibatlıq göstəricilərinin düzgünlüyünü təmin etmek.
- Əmək haqqının, mükafatların və digər sosial təminatların düzgün hesablanması və ödənilməsi.
- İşçilərin və dövlətin sosial sığorta ödənişlərinin düzgün şəkildə hesablanması və təqdim edilməsi.
- Rəhbərliyə maliyyə məlumatları ilə bağlı mütəmadi hesabatlar vermək.
Tələb edilən bacarıqlar və təhsil:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya digər əlaqəli sahələr üzrə ali təhsil
- Mühasibatlıq sahəsində ən azı 3-5 il təcrübə.
- Mühasibatlıq, maliyyə və vergi qanunvericiliyi haqqında geniş biliklər.
- Mühasibat proqramları (1C, SAP və s.) ilə işləmə bacarığı.
- Microsoft Office (xüsusilə Excel) proqramlarını istifadə etmə bacarığı.
- Azərbaycan dili – səlis, rus və ya ingilis dili biliyi arzuolunandır.
İş şəraiti:
- Əmək haqqı: 1300 man
- İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
- İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Uyğun namizədlər CV fomalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissədə “Aparıcı mühasib” adını qeyd edərək göndərə bilərlər.











