My Broker
Baş mühasib
Son tarix 05 may 2023 - [email protected]
Namizədə tələblər:
- 1C(7.7, 8.3), Excel, Word proqramlarından yaxşı istifadə etmək
- E-taxes.gov.az, stat.gov.az portallarindan yaxşı istifadə etmək bacarığı
- Yaş-30-45
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
- Namizədin Rus dilini bilməsi arzuolunandır
- Təhsil – Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit)
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
- Analitik düşüncə və təhlil bacarığı
- Peşəsinə yüksək motivasiya ilə yanaşma
- Səbrli,məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti
İş barədə məlumat:
- ARƏM-yə uyğun sənədləşmə
- İş qrafiki: Həftənin 6 günü (Şənbə- qısa iş günü)
- İş saatı : 09:00-dan -17:00-dək
- Əmək haqqı: 1000-1500 AZN
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi
- Vergi,statislika, Məşğulluq və DSMF hesabatların hazırlanması və göndərilməsi
- Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili
- Vergi və mühasibat uçotunun aparılması
- 1C (7.7, 8.3) proqramında bütün növ əməliyyatların aparılması və mühasibat yazılışlarının verilməsi.
- Kassa,Bank əməliyyatlarının həyata keçirilməsi - Onlayn bankçılıq ilə ödənişlərin həyata keçirilməsi
- Qaimə və Vergi hesab fakturaların yazılması və üzləşmə aktların tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması
- Əmək haqqı, məzuniyyətlərin hesablanması