Vakansiya: Bank risklərinin təhlili üzrə /mütəxəssis/aparıcı /baş mütəxəssis
Maaş: Razılaşma yolu ilə
Şəhər: Bakı
Yaş: 20 – 35
Təhsil: Ali təhsil
İş təcrübəsi: 1-2 il
Əlaqədar şəxs: Süleymanov Ceyhun
Telefon: (012) 3102933, daxili 1219
Vəzifəyə olan tələblər:
- Bankda Risklərinin idarə edilməsi metodologiyası üzrə işlərin təşkili və Risklərin idarə edilməsi üzrə işlərin əlaqələndirilməsi;
- Risklərin idarə edilməsi üzrə daxili qaydaların yenilənmsəi və hazırlanması;
- Bankda qəbul edilmiş risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilmənin monitorinqini aparır və kənarlaşmalar barədə hesabat hazırlayaraq təqdim edir;
- Risk iştahası çərçivəsində bankın müvafiq struktur bölmələri ilə birlikdə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə təkliflərin verilməsi, limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirərək və pozuntular barədə dərhal məlumatın verilməsi;
- Bankda risk xəritəsini hazırlayır və onun icrasına monitorinqi həyata keçirir;
- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiq edilməsi;
- Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması və təqdim edilməsi;
- Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə, qaydalara, prosedurlara dair rəy verilməsi;
- Banka təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi və nəticələri ilə bağlı tədbirlər planı hazırlanması və müvfafiq olaraq təqdim edilməsi;
- Risklərin idarə edilməsi məqsədi ilə bankın digər struktur bölmələrindən alınmış məlumatları təhlil edilməsi;
- Risklərin idarə edilməsi prosesinə adekvat və səmərəli nəzarət prosedurlarının müəyyən olunması və təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
- Fövqəladə hallar planının yenilənmsəi və müvafiq struktur bölmələrlə birlikdə tətbiqinin simulyasiyası;
- Tənzimləyici orqanın tələbləri əsasında müvafiq hesabatların dövri olaraq hazırlanaraq təqdim edilməsi;
- Bank aktivlərinə BMHS 9 (IFRS 9) üzrə gözlənilən kredit zərərlərinin (ECL) müvafiq dövriliklə hesablanması və təqdim edilməsi;
- Makro iqtisadi mühitdə və ölkə iqtisadiyyatında baş verən dəyişikliklərin izlənilməsi və banka ola biləcək təsirlər barəsində hesabatların təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- Risklərinin idarə edilməsi sahəsi üzrə 2 ilə qədər təcrübə;
- Microsoft office proqramları xüsusi ilə əla səviyyədə praktiki Excel bacarıqları üzrə biliklər;
- Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır
- Azərbaycan dili səlis, ingilis dili üzrə upper-intermediate səviyyəsində bilik;
- Mərkəzi Bankın normativ xarakterli qaydaları üzrə biliklərin yaxşı səviyyədə olması;
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti və Komandada işləmə bacarığı;
Maraqlanan namizədlər CV-lərini [email protected] email adresinə göndərə biərlər