Muğanbank
Biznes kreditlərinin anderraytinqi üzrə mütəxəssis
Son tarix 20 noy 2022 - [email protected]
Maaş: 800-1000 manat (təcrübəli namizədlərə qarşılıqlı razılaşma əsasında daha yüksək təyin edilə bilər)
Şəhər: Bakı
Yaş: 24 – 35
Təhsil: Ali
İş təcrübəsi: 1-2 il
Əlaqədar şəxs: Hüseynov Kənan
Telefon: (012) 3102933, daxili 1040.
Vəzifəyə olan tələblər:
- Təqdim olunan kredit təkliflərinə ilkin baxış keçirilməsi və müzakirəsi;
- Müştərinin bankın tələblərinə və yerli qanunvericiliyə uyğun olması üçün kredit sənədlərinin nəzərdən keçirilməsi və təhlili;
- Müştərinin maliyyə təhlili, monitorinqi və nəzarət səfərlərinin aparılması;
- Müəyyən edilmiş limitlər daxilində kredit komitələrində iştirak;
- Gecikdirilmiş və restrukturizasiya olunmuş kreditlərin təhlili;
- Müxtəlif bank seqmentlərində tendensiyaların araşdırılması və təhlili
- İş vaxtı – Həftə içi – 09:00-18.00
Namizədə tələblər:
- KOB kredit verilməsi və ya KOB kreditlərin anderraytinqi sahəsində ən azı 1 illik təcrübə;
- İnkişaf etmiş analitik bacarıqlar;
- Müştərilərin maliyyə hesabatlarını anlamaq, detallara diqqətlı olmaq;
- Müştəri və bank filiallarını ziyarət etmək imkanı;
- Məsuliyyətlilik, ünsiyyətcillik, iş qabiliyyəti, əzmkarlıq, tez öyrənmə qabiliyyəti;
- Azərbaycan və rus (ingilis dili bilənlərə üstünlük verilir) dillərini bilmək;
- Sərbəst şəkildə MS Office proqramları ilə işləmək bacarığı.