MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.
Vakansiyanın adı: Satınalma üzrə baş mütəxəssis
Vəzifə öhdəlikləri:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq təşkil və icra etmək;
- Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Əsasən 2 istiqamədə: inzibati işlər və tikinti-istismar üzrə satınalma və təchizat prosesinə və komandaya nəzarət;
- Satınalmalar üzrə kurator təyin olunmuş direktor müavini ilə daimi əməkdaşlıq və bütün ödənişlərin, təchizatla bağlı qərarların hesabatı və təsdiqinin alınması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Tenderlərin hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirmək;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarə olunması;
- Satınalma sahəsində inkşafa həvəsli
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
Tələblər:
- Yaş həddi: 23-35
- Tikinti-istismar sahəsində təcrübə
- Satınalma və təchizat sahəsində ən az 2 il təcrübəsi;
- Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq;
- Təchizatın planlaşdırılması və bazarı təhlil etmək bacarığı;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
- Satınalma müqavilələrin tərtibatı bilikləri;
- Güclü idarəetmə, kommunikasiya və biznes ünsiyyət bacarıqları;
- Məsuliyyətli, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları.
- Azərbaycan dilində səlis nitq, ingilis və rus dili üstünlükdür
- MS Office proqramları.
İş şəraiti:
- İş qrafiki: 5 gün 09:00 – 18:00
- Əmək haqqı: müsahibə əsasında təyin olunur
- Nahar verilir
- İş yeri: Bakı şəhəri, N.Nərimanov
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Satınalma üzrə baş mütəxəssis" qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.