Kartaş LTD (Mr.Fix)
Sənaye Boyaları üzrə satış təmsilçisi
Son tarix 27 noy 2025 - [email protected]
Əsas vəzifələr:
- Sənaye müəssisələrinin araşdırılması və potensial müştərilərin müəyyən edilməsi;
- Epoksi, poliuretan, akril, alkid və digər sənaye boya məhsullarının satışını həyata keçirmək;
- Yeni müştərilər qazanmaq və mövcud müştərilərlə münasibətləri inkişaf etdirmək;
- Satış prosesini istehsal, təhvil-təslim və tətbiq mərhələlərinə qədər izləmək;
- Məhsulların texniki xüsusiyyətləri və tətbiqi barədə müştərilərə məlumat və dəstək vermək;
- Məhsul təqdimatları, broşür, kataloq və nümunələrin hazırlanmasında iştirak etmək
Tələblər:
- Sənaye boyaları və ya boya sahəsində 2–3 illik satış təcrübəsi;
- Kimya və ya tikinti materialları ixtisası üzrə ali təhsil (üstünlükdür);
- İngilis və rus dillərini bilmək üstünlükdür;
- Yüksək ünsiyyət bacarığı, satış yönümlü düşüncə və nəticəyə fokuslanma;
- Komandada işləmək və müştəri münasibətlərini idarə etmək bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı və digər: Maaş + satışa görə bonus , yemək pulu, özəl sığorta
CV-nizi “Sənaye Boyaları üzrə Satış Təmsilçisi” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.













