Kartaş LTD (Mr.Fix)
Baş anbardar
Son tarix 07 fev 2023 [email protected]
İş yeri-Binəqədi şossesi 7
İş qrafiki-6 günlük iş rejimi
İş saatları- 08:30-17:30
Əmək haqqı-Bazar rəqabətli əmək haqqı
Təminatlar-Nahar müəssisə tərəfindən qarşılanır.
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək.
- Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək.
- Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək.
- Anbarda olan malların təhlükəsizliyinə görə cavabdeh olmaq.
- Stok sayına nəzarət etmək, bitmək üzrə olan mal-materiallar barədə, vaxtında təchizat şöbəsinə məlumat vermək.
- Mədaxil-məxaric proseslərini düzgün icra etmək və sənədləşdirmək.
- Müvafiq hesabatları hazırlamaq və vaxtında təqdim etmək.
- Əməyin təhlükəsizliyi normalarına əməl etmək, Tabeliyində olan anbardarların işinə nəzarət və s.
- Anbarda işləyən heyətin işini nizamlamaq.
- İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyyətə bildirmək.
- Anbar nəzarətçiləri tərəfindən tərtib edilən fakturalarda göstərilən miqdarın dəqiq olaraq maşınlara yüklənilməsinə nəzarət etmək.
- Hesabatları təsdiq etmək, material və ya məhsulların paylaşdırılmasına nəzarət etmək.
- İxrac yüklərini qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlamaqla yerlərin çəkisinin dəqiqləşdirilməsini, markalanmanın düzgünlüyünü yoxlamaq.
- Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul etmək və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil etmək.
- Yükün göndərilməsi barədə kompüter vasitəsilə Micro proqramında müvafiq əməliyyatları aparmaq.
- Daşınan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri cavablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək..
- Zəruri hallarda – yüklərin sənədləşməsində çatışmazlıq, yer və çəki çatışmamazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək.
- İnventar sistemlər üzrə hesabatların hazırlanmasına nəzarət etmək və inventar hesabatları təhlil etmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq vəzifə üzrə 5 illik iş təcrübəsi (tikinti materialları sahəsində ən azı 3 il);
- Mal-materialların yükləmə, boşaltma və anbar daxilində təhlükəsiz yerləşdirilməsi qaydalarını bilməli.
- Anbar hesabatları ilə işləməyi bilməlidir;
- Micro proqramında sərbəst işləmək bacarığı;
- Yüksək səviyyədə MS Office proqramları, xüsusilə Excel biliyi mütləqdir;
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı;
- İdarəetmə bacarığı;