MPAY QSC
Aparıcı Biznes Analitik
Son tarix 05 avq 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Əmtəə bazarının (bazarda mövcud olan tələb və istehlak, mövcud tələb və istehlakın motivasiyası və enib-qalxması, rəqiblərin fəaliyyət formaları) və onun inkişaf istiqamətlərinin öyrənilməsi, bazarın imkanlarının araşdırılması və təhlil olunması
- Səlahiyyətləri çərçivəsində biznes analitiklərin işini planı hazırlamalı və proseslərdə aktiv iştirak etməli
- Səlahiyyətləri çərçivəsində şirkətin biznes və data analitikləri birlikdə analizlərin aparılmasını təmin etmək
- Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi
- Şirkət fəaliyyətinə dair məlumatların təhlilinin həyata keçirilməsi
- Biznes tələblərə görə hesabatların hazırlanması
- Əldə edilmiş nəticələrin müvafiq forma üzrə vizuallaşdırılması, gələcək dövr üçün proqnozların verilməsi
- Müştərilərin və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması
- Portaldan və ya məlumatlar bazasından məlumatların çəkilməsi
- Struktur daxili məlumatların düzgünlüyünü təmin etmək məqsədi ilə güclü kommunikasiya yaratmalı
- Biznes proseslərinin ümumi və detallı təhlil edilməsi
- Yığım, gəlirlər ümumi proseslər haqqında məlumatların tənzimlənməsi və hesabatların hazırlanması
- Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barəsində Şöbə Rəhbərinə həftəlik və aylıq hesabat vermək.
- Şirkətin biznes fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərdə aktiv iştirak etmək.
- Qeyd; Bank məsulları, rəqəmsal məsullar üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Tələblər:
- Biznesin idarə edilməsi, statistika, iqtisadiyyat, riyaziyyat, kompüter elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi
- Excel, SQL, Python, R və ya oxşar kimi məlumatların təhlili alətlərində biliyə malik güclü analitik bacarıqlar
- Statistik metodlar və verilənlərin modelləşdirilməsi haqqında biliklər
- Bazar araşdırması metodologiyaları və alətləri ilə təcrübə
- Tableau, Power BI və ya QlikView kimi məlumatların vizuallaşdırılması vasitələri ilə tanışlığa üstünlük verilir
- Mürəkkəb anlayışları texniki olmayan maraqlı tərəflərə çatdırmaq bacarığı ilə əla ünsiyyət və təqdimat bacarıqları
İş şəraiti:
- Ofis daxili;
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Aparıcı Biznes Analitik” yazılmalıdır