MÖRTEL QSC
Sahə mühəndisi
Son tarix 14 may 2025 - [email protected]
ƏSAS VƏZİFƏLƏR:
- İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək;
- Sahədə görülən inşaat işlərinə bilavasitə nəzarət etmək;
- Koordinasiya ilə bağlı görüşlərdə iştirak etmək;
- Layihə rəhbərliyinə layihənin gedişatı ilə bağlı vaxtı-vaxtında hesabatlar təqdim etmək;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
- İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək;
- Quraşdırma zamanı layihələrin icra olunduğu sahəyə mütəmadi nəzarət;
- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
- İnşaat üzrə yerli qanunvericilik tələblərini müəyyən etmək və onların icrasını təmin etmək;
- Əlaqədar iş qrafiklərini və sxemlərini hazırlamaq və onların tələb olunan yerlərə və müddətdə təqdim edilməsini təmin etmək;
- Layihənin həyata keçirildiyi ərazilərə mütəmadi baxış keçirilməsi, işlərin gedişinin monitorinqi, keyfiyyət və əməyin mühafizəsi tələblərinin ciddi şəkildə yoxlanılması və saxlanılmasının təmin edilməsi;
- İşin prioritetlərinin müəyyən edilməsi, təyin edilmiş layihə üzrə işlərin ümumi proqramının işlənib hazırlanması və tələb olunan resurslarla təmin edilməsinin həyata keçirilməsi;
- Layihə planında hər hansı problem və ya dəyişikliklə bağlı düzəldici tədbirlərin görülməsini və ya bu haqda göstəriş verilməsini həyata keçirmək;
VƏZİFƏ ÜZRƏ TƏLƏBLƏR:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Ms Office(Outlook, Word, Excel) və Autocat proqramlarında işləmə bacarığı;
- İnşaat norma və qaydalarını bilməlidir;
- Layihələşdirmənin metodlarını bilməlidir;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir.
- Yüksək idarəçilik bacarığı
İş şəraiti:
- İş rejimi: 6 günlük
- İş yeri: Baki şəhəri
- Əmək haqqı: 1800 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.